Binə və Sədərək üçün möhlət olmayacaq – KASSA-NƏZARƏT APARATLARI TAM ŞƏKİLDƏ QURAŞDIRILACAQ
2020-01-17 | İqtisadiyyat | 2593“Binə” və “Sədərək”də sahibkarların kassa aparatları tam təmin ediləcəkləri vaxt açıqlanıb. FED.az xəbər verir ki, ötən gün İqtisadiyyat Nazirliyin keçirdiyi tədbirdə Vergilər Nazirinin müavini İlkin Vəliyev bildirib ki, 2021-ci ilin sonunadək bütün ticarət mərkəzlərində, o cümlədən Bakıdakı “Binə” və “Sədərək” ticarət mərkələrində də kassa-nəzarət aparatlarının quraşdırılacağını bildirib.
“Binə” və “Sədərək” ticarət mərkəzlərində əlavə bir rejim mövcud deyil. Həmin ticarət mərkəzlərində çalışanlar da pərakəndə ticarət qaydalarına uyğun olaraq əldə etdiyi gəlirlərdən vergiyə cəlb olunmalıdırlar. Tək bu ticarət mərkəzləri deyil bütün yarmarka və bazarlara nəzarət kassa aparatının quraşdırlması mərhələli şəkildə davam etdiriləcədkdir. 2021-ci ildə bütün ticarət şəbəkələrində o cümlədən yarmarkalarda da nəzarət kassa aparatlarının quraşdşrılması tam başa çatacaqdır. Nazirlər Kabinetinin təsdiq etdiyi qrafik üzrə kassa-nəzarət aparatlarının quraşdırılması 4 mərhələdə aparılır. Artıq 1-ci və 2-ci mərhələ 2019-cu ildə başa çatmışdır. 2020-ci ildə 3-cü mərhələ və 2021-ci ildə isə tam olaraq bütün ticarət şəbəkələri nəzarət kassa aparataları ilə təmin ediləcəkdir. Həmin kassa nəzarət aparatlarından keçən dövriyyəyə uyğun olaraq da vergi veriləcəkdir”-deyə İlkin Vəliyev bildirib.

İqtisadiyyat bölümünün son xəbərləri |