ƏDV ödəyiciləri Məlumat Formasının təqdim edilməsinə bütün ciddiyyəti ilə yanaşmalıdırlar

2020-01-30 | Vergilər | 3240

Məlum olduğu kimi, ƏDV ödəyiciləri yanvarın 31-dək mal, iş və və xidmətlərlə bağlı debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması tərtib edərək vergi orqanlarına təqdim etməlidirlər. Məlumat Forması necə tərtib olunur, burada hansı məlumatlar əks olunmalıdır və onun təqdim edilməsi üzrə öhdəliklər kimə şamil olunur – "vergiler.az" saytının suallarını Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Proqnozlaşdırma şöbəsinin rəisi Emil Rəhimov cavablandırır:

- Vergi Məcəlləsinə ƏDV inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər edilib. Bununla əlaqədar olaraq, ƏDV ödəyicilərindən yanvarın 31-dək vergi orqanlarına Məlumat forması təqdim etmək tələb olunur. Bu hansı məlumat formasıdır?

- "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanuna əsasən, ƏDV inzibatçılığının təkmilləşdirilməsi, o cümlədən vergiyə cəlb olunan əməliyyatın vaxtının təqdim edilmiş mala (işə, xidmətə) görə pul vəsaitinin vergi ödəyicisinin sərəncamına daxil olduğu vaxtla müəyyən edilməsi ilə bağlı qanunvericiliyin yeni müddəaları müəyyən edilib.

Bununla əlaqədar, 2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri bu tarixədək yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə məlumat forması tərtib etməli və onu 2020-ci il 31 yanvar tarixinədək vergi orqanına təqdim etməlidirlər.

Vergilər Nazirliyi tərəfindən müvafiq Məlumat Forması və onun tərtib edilməsi qaydası təsdiq edilib. Bu Forma aparılan əməliyyatlar üzrə vergilərin düzgün hesablanmasını təmin etmək və təkrar hesablanmasının qarşısını almaq məqsədini daşıyır. Sözügedən Məlumat forması vergi orqanlarına təqdim edilmədikdə və yaxud heç bir göstərici olmadan təqdim edildikdə vergi ödəyicisinin 1 yanvar 2020-ci il tarixə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı debitor borclarının və alınmış avanslar üzrə kreditor borcunun olmadığı hesab olunur.

Bu baxımdan ƏDV ödəyiciləri diqqətli olmalı və Məlumat Formasının təqdim edilməsinə bütün ciddiyyəti ilə yanaşmalıdırlar.

- Məlumat Forması barədə bir qədər ətraflı məlumat verməyinizi istərdik. Burada vergi ödəyiciləri hansı məlumatları təqdim etməlidirlər?

- Məlumat formasında vergi ödəyicisi kimi uçotda olan rezident şəxslərin və qeyri-rezidentlərin məlumatları hər bir şəxs üzrə ayrılıqda qeyd olunur. Vergi ödəyicisi kimi uçotda olmayan şəxslər üzrə debitor borcların, habelə alınmış avansların 1 yanvar 2020-ci il tarixə qalıq məbləği ayrı-ayrılıqda cəmlənərək formanın müvafiq sətirlərində əks etdirilir. Məlumat formasında tərtib edilərkən vergi ödəyicisinin malların (işlərin və xidmətlərin) təqdim edilməsi üzrə əməliyyatları istisna olmaqla digər əməliyyatları üzrə debitor və kreditor borclarının qalığı nəzərə alınmır. Qeyd etmək lazımdır ki, vergi ödəyicisinin fəaliyyətinin olmaması, ləğv prosesinin başlaması, habelə ƏDV qeydiyyatının müvafiq formasının təqdim olunması ilə bağlı nəzərdə tutulan müddət, yəni 1-31 yanvar 2020-ci il ərzində ləğv edilməsi məlumat formasının təqdim olunmamasına əsas vermir.

Məlumatların müvafiq formaya daxil edilməsi üçün təqvim ili başa çatdıqdan sonra ilkin olaraq ƏDV ödəyicisi tərəfindən əvvəlki dövrlərdə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı 1 yanvar 2020-ci il tarixə ödənilməmiş debitor borcların və alınmış avanslar üzrə kreditor borcların həcmi (o cümlədən ƏDV məbləği) ayrılıqda müəyyənləşdirilir.

- Vergi ödəyicisinin debitor və kreditor borcları müxtəlif mənbələrdən formalaşır. Məlumat Formasında hansı növ debitor və kreditor borclarının qalığı əks etdirilməlidir?

- Vergi ödəyicisinin debitor və kreditor borcları mal, iş və (ya) xidmətlərin təqdim edilməsi ilə bağlı əməliyyatlarla məhdudlaşmır. Vergi ödəyicisinin işçi heyəti və təhtəlhesab şəxslərlə yanaşı digər əməliyyatlar çərçivəsində müxtəlif şəxslərə debitor və kreditor borcları yarana bilər. Lakin Məlumat Formasında yalnız mallar (işlər, xidmətlər) üzrə debitor və alınmış avanslar üzrə kreditor borclarının 01.01.2020-ci il tarixə qalıq məbləği əks etdirilir.

- Vergi ödəyicisinin yanvarın 1-dən sonra müraciət etməsinə baxmayaraq, ƏDV-nin məqsədləri üçün qeydiyyatı yanvarın 1-dən əvvəlki tarixlə aparıldıqda, müvafiq Məlumat Forması həmin şəxslər tərəfindən də təqdim edilməlidirmi?

- ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmaqla bağlı Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə uyğun olaraq, 01.01.2020-ci il tarixdən sonra vergi orqanına müraciət etmiş vergi ödəyicisinin ərizəsində qeyd olunmuş ƏDV-nin qüvvəyə minmə tarixi 01.01.2020-ci ildən əvvələ aid olsa da, belə şəxslər tərəfindən Məlumat Formasının təqdim edilməsi nəzərdə tutulmamışdır.

- Formanı təqdim edən ƏDV ödəyicisinin debitor borcları, eyni zamanda, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan şəxslərlə aparılan əməliyyatlardan formalaşdığı halda həmin şəxslər üzrə məlumatlar da vergi orqanına təqdim edilməlidirmi?

- Mal, iş və (ya) xidmətlərlə bağlı debitor və alınmış avanslar üzrə kreditor borcluların vergi ödəyicisi kimi uçotda olub-olmamasından, statusundan (rezident və ya qeyri-rezident), eləcə də ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmamasından asılı olmayaraq debitor və alınmış avanslar üzrə kreditor borclarının qalığının aid olduğu şəxslər hər bir kateqoriya üzrə nəzərdə tutulmuş qaydada Məlumat Formasında öz əksini tapır.

- Vergi ödəyicisinin ƏDV-yə cəlb olunan əməliyyatlarla yanaşı, ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilməyən əməliyyatları (məsələn, ölkə ərazisindən kənarda malların təqdim edilməsi və ya ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı tarixdən əvvəlki əməliyyatlar) üzrə də 01.01.2020-ci il tarixə debitor borclarının qalığı olduqda, belə debitor borcların qalığı barədə məlumatlar da Məlumat Formasında əks etdirilməlidirmi?

- Bəli, vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilməyən əməliyyatları üzrə 01.01.2020-ci il tarixə debitor borclarının və alınmış avanslar üzrə kreditor borclarının qalığı olduqda belə debitor borcların və avansların qalığı barədə məlumatlar da Məlumat Formasına daxil edilməlidir. Bu qayda eyni zamanda mal, iş və xidmətlərlə bağlı qeyri rezidentlərlə aparılan əməliyyatlara da şamil olunur.

- Məlumat Forması ƏDV ödəyicisi olmayan şəxslər tərəfindən də təqdim edilə bilərmi?

- Qanunvericilikdə edilmiş dəyişikliyə əsasən, ƏDV-nin ödəyicisi olmayan vergi ödəyiciləri tərəfindən müvafiq Məlumat Formasının təqdim edilməsi nəzərdə tutulmamışdır. Buna baxmayaraq, 01.01.2020-ci il tarixdə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmuş və qeydiyyatdan çıxma tarixinə əsasən 2020-ci ilin yanvar ayı ərzində ƏDV qeydiyyatı ləğv edilmiş vergi ödəyiciləri də müvafiq Məlumat Formasını təqdim etməlidirlər. Göründüyü kimi, burada diqqət edilməli məqam vergi ödəyicisinin 01.01.2020-ci il tarixinə olan vəziyyətə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmamasıdır.

- Məlumat Forması necə tərtib edilir?

- Məlumat Forması 2 hissədən ibarətdir. Formanın 1-ci hissəsində vergi ödəyicisinin əvvəlki dövrlərdə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı 1 yanvar 2020-ci il tarixə ödənilməmiş debitor borcları barədə məlumat rezidentlik statusu nəzərə alınmaqla hər bir şəxs üzrə ayrılıqda əks etdirilir. Formanın 2-ci hissəsinə isə vergi ödəyicisinin 1 yanvar 2020-ci il tarixdən sonra təqdim ediləcək mal, iş və xidmətlərlə bağlı alınmış avanslar üzrə kreditor borclarının qalığı barədə məlumatlar rezidentlik statusu nəzərə alınmaqla hər bir şəxs üzrə ayrılıqda daxil edilir. Hər iki hissədə vergi ödəyicisi kimi uçotda olmayan (VÖEN-i olmayan) şəxslər üzrə məlumatlar cəmlənərək müvafiq sətirdə əks etdirilir. Məlumat formasının 1-ci və 2-ci hissələrində digər şəxslə aparılmış əməliyyatlar (müqavilələr) üzrə qalıqlar cəmlənməklə hər bir şəxs üzrə yekun məbləğ yalnız bir dəfə əks etdirilir. Vergi ödəyicisinin digər şəxslə apardığı əməliyyatlar nəticəsində ödənilməmiş debitor borcları ilə yanaşı avans qalığı da olduqda, müvafiq məlumatlar Məlumat formasının hər 2 hissəsində ayrılıqda öz əksini tapır. Məsələn, vergi ödəyicisinin digər şəxslə bağladığı A və D müqavilələri üzrə 1 yanvar 2020-ci il tarixə ödənilməmiş debitor borcunun qalığı Məlumat formasının 1-ci hissəsində, B və C müqavilələri üzrə alınmış avanslar üzrə kreditor borclarının qalığı Formanın 2-ci hissəsində qeyd olunmalıdır.

Məlumat formasını tərtib etməzdən əvvəl vergi ödəyicilərinə "2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması"nın tərtib edilməsi Qaydası" ilə tanış olmalarını tövsiyə edirik.

- Məlumat Formasının kağız və elektron formada tərtib edilməsi ilə bağlı tələb varmı?

- Məlumat formasının hər iki formada tərtib olunmasına imkan verilib. Kağız formasında tərtib edilmiş Məlumat forması vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilir. Məlumat formasını elektron formada vergi orqanına göndərmək üçün vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi İnternet Vergi İdarəsi portalının "Onlayn kargüzarlıq və E-VHF" bölməsinə daxil olaraq yeni yaradılmış elektron xidmətdən istifadə edərək formanın müvafiq xanalarını doldurmalı və gücləndirilmiş elektron imzadan istifadə etməklə imzalamalıdır. Təqdim edilmiş formada düzgün olmayan və yaxud təhrif olunmuş (natamam) məlumatlar əks etdirildikdə, eləcə də mallar (işlər və xidmətlər) üzrə debitor borcların, habelə alınmış avansların dəyərində dəyişiklik olduqda üzləşmə aktı yenilənməklə vergi orqanına dürüstləşdirilmiş forma təqdim edilir. Məlumat forması şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildikdə səlahiyyəti təsdiq edən sənədin məlumat formasına əlavə edilməsi vacibdir. Çünki bu amilin olmaması ona baxılmasından imtina edilməsinə əsas verir.

- Məlumat Formasının təqdim edilməməsi hər hansı məsuliyyətə səbəb olurmu?

- Məlumat Formasının təqdim edilməməsi və yaxud təhrif olunmuş məlumatlar əsasında təqdim edilməsi ilə bağlı qanunvericilikdə hər hansı məsuliyyət tədbiri nəzərdə tutulmur. Lakin qeyd etdiyim kimi, müvafiq forma təqdim edilmədikdə (və yaxud heç bir göstərici olmadan təqdim edildikdə) vergi ödəyicisinin 1 yanvar 2020-ci il tarixə təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı debitor borclarının və alınmış avanslar üzrə kreditor borcunun olmadığı hesab olunur.

ƏDV-nin məqsədləri üçün vergitutulan əməliyyatın vaxtı ilə bağlı qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə ƏDV qeydiyyatında olan vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatlar banklar tərəfindən elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edilməlidir. Bu zaman daxil olan vəsaitin əvvəlki dövrdə aparılmış əməliyyatlara aid olub-olmadığının vergi orqanı tərəfindən müəyyən edilməsində çətinliklər yaşanacağından qeyd olunan hal vergilərin yenidən (təkrar) hesablanması ilə nəticələnə bilər. Eyni zamanda qanunvericiliyə edilmiş dəyişikliklər nəzərə alınmaqla ƏDV bəyannaməsinin təsdiq olunmuş yeni formasında debitor borcların hərəkəti ilə bağlı ayrıca hissə nəzərdə tutulduğundan debitor borcların 01.01.2020-ci il tarixə qalığı müəyyən edilərək bəyannamədə əks etdirilməlidir. Bu məlumatların dəqiqliyinin yoxlanması məqsədilə formanın təqdim olunması zəruridir.

- Məlumat Forması təqdim edilərkən hansı məqamlara diqqət edilməlidir?

- İlkin olaraq qeyd etmək istərdik ki, Məlumat Forması təqdim edilməzdən əvvəl mal, iş və (ya) xidmətlərlə bağlı debitor borcların və alınmış avansların 1 yanvar 2020-ci il tarixə qalığı hər bir şəxs üzrə dəqiqləşdirilməlidir. Bundan sonra tərəflər arasında üzləşmə aktı və ya digər sənəd tərtib edilməklə borcların qalığı razılaşdırılır. Üzləşmə aktının və ya digər sənədin surəti vergi ödəyicisi tərəfindən könüllü qaydada vergi orqanına təqdim edilə bilər. Bu proses vergitutma məqsədləri zərurətindən irəli gələrək həyata keçirilsə də, vergi ödəyicilərinin ödənilməmiş borcları üzrə gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınması və həlli baxımından mühüm hüquqi əhəmiyyətə malikdir. Üzləşmə aktlarının məlumatları əsasında təqdim edilmiş formada düzgün olmayan və yaxud təhrif olunmuş (natamam) məlumatlar əks etdirildikdə, eləcə də mallar (işlər və xidmətlər) üzrə debitor borcların, habelə alınmış avansların dəyərində dəyişiklik olduqda üzləşmə aktı yenilənməklə vergi orqanına dürüstləşdirilmiş forma təqdim edilməlidir.

Dürüstləşdirilmiş formanın təqdim edilmə sayı ilə bağlı məhdudiyyət qoyulmur. Buna baxmayaraq, nəzərdə tutulmuş müddətdən (1-31 yanvar 2020) əvvəl və ya sonra təqdim edilən Məlumat formasının göstəriciləri nəzərə alınmır. Müəyyən edilmiş müddət ərzində təqdim edilmiş sonuncu məlumat forması əvvəlki məlumat formalarını qüvvədən salır.

- Vergi ödəyicisi kimi uçotda olmayan şəxslər üzrə məlumatlar hansı qaydada təqdim edilməlidir? Bir sıra iri şirkətlərin debitor borcları əsasən belə şəxslərlə aparılmış əməliyyatlardan formalaşdığından həmin şəxslərin məlumatları da hər bir şəxs üzrə ayrılıqda Məlumat Formasına daxil edilməlidirmi?

- Məlumat Formasının hər 2 hissəsində də vergi ödəyicisi kimi uçotda olmayan (VÖEN-i olmayan) rezident şəxslər üzrə debitor borcların, habelə alınmış avansların 01.01.2020-ci il tarixə qalıq məbləği ayrı-ayrılıqda cəmlənərək "VÖEN-i olmayan şəxslər (əhali) üzrə CƏMİ" sətrinin aidiyyəti xanalarında əks etdirilir. Vergi ödəyicisi kimi uçotda olan rezident şəxslərin və qeyri-rezidentlərin məlumatları isə hər bir şəxs üzrə ayrılıqda qeyd olunur.

- Bəzi hallarda vergi ödəyiciləri tərəfindən malın (işin, xidmətin) ƏDV-siz dəyəri ödənilmədiyi halda ƏDV məbləği qarşı tərəfin ƏDV sub-uçot hesabına ödənilir. Bu tipli əməliyyatlar üzrə debitor borcların qalığı Məlumat Formasında necə əks etdirilməlidir?

- Məlumat Formasının 4.1-ci sətrinə aid sütunlarda rezidentlər üzrə müvafiq (təqdim edilmiş mal, iş və xidmətlərlə bağlı yaranmış debitor borclar (alacaqlar) üzrə qalıqlar barədə) göstəricilər əks etdirilir. O cümlədən "ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar (ƏDV-siz)" sütununda vergi ödəyicisinin ƏDV-yə cəlb olunan əməliyyatlari üzrə debitor borclarının 01.01.2020-ci il tarixə qalığı əks etdirilir. "ƏDV məbləği" sütununda isə vergi ödəyicisinin aparılmış əməliyyatlarla əlaqədar 01.01.2020-ci il tarixə ƏDV üzrə debitor borclarının qalıq məbləği qeyd olunur. Malın (işin, xidmətin) dəyəri ödənilmədiyi halda ƏDV üzrə debitor borc yoxdursa "ƏDV məbləği" sütununda "0" (sıfır) rəqəmi qeyd olunur.

Mənbə: https://vergiler.az/news/taxes/6918.html

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!