ƏDV ödəyiciləri Məlumat Formasında nələri göstərməlidirlər?

2020-01-31 | Vergilər | 3455

ƏDV ödəyiciləri yanvarın 31-dək mal, iş və və xidmətlərlə bağlı debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Forması tərtib edərək vergi orqanlarına təqdim etməlidirlər. İqtisadçı ekspert Anar Bayramov Məlumat Forması ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

2020-ci il 1 yanvar tarixinədək ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Formasının adından göründüyü kimi, vergi ödəyiciləri debitor borclarla yanaşı, alınmış avanslar üzrə kreditor borcları haqqında məlumat təqdim etməlidir. Fikrimizi iki misalla izah edək.

Misal 1. "A" MMC 15 dekabr 2019-cu il tarixdə digər vergi ödəyicisindən elektron qaimə-faktura, elektron vergi-hesab faktura və s. sənədlər təqdim olunmaqla 3.000 manatlıq mal alıb. Amma malların ödənişi 31 dekabr 2019-cu il tarixə kimi tam həyata keçirilmədiyi üçün "A" MMC-nin qarşı tərəfə, "B" MMC-yə 2.000 manatlıq kreditor borcu yaranıb.

Açıqlama: "A" MMC debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Formasında hər hansı məlumat təqdim etməyəcək. "B" MMC isə Məlumat formasında "A" MMC-yə olan 2.000 manatlıq debitor borcunu qeyd edəcək.

Misal 2. "A" MMC-yə 20 dekabr 2019-cu il tarixdə təqdim olunacaq mallara görə "B" MMC-dən 3.000 manatlıq avans ödəniş daxil olub. Malların təqdim olunması 31 dekabr 2019-cu ilə qədər həyata keçirilmədiyindən "A" MMC-nin alınmış avans borcları üzrə kreditor borcu yaranıb.

Açıqlama: "A" MMC debitor borcları və alınmış avanslar üzrə kreditor borcları barədə Məlumat Formasında 3.000 manatı avans üzrə kreditor borclarında qeyd edəcək.

1 yanvar 2020-ci il tarixdən ƏDV tutulan əməliyyatların aparıldığı vaxt kassa metoduna keçirildiyi halda niyə avans üzrə kreditor borclar Məlumat Formasında qeyd olunmalıdır Bu halda MMC üçün ƏDV öhdəliyi yaranmayacaq.

"A" MMC üçün qeyd edilən əməliyyat üzrə hər hansı ƏDV-nin hesablanması öhdəliyi yaranmayacaq. Amma, nəzərə alsaq ki, həmin mallar üzrə elektron qaimə-faktura 2020-ci ildə təqdim olunması gözlənildiyindən gələcəkdə vergi orqanları tərəfindən əlavə sualların yaranmasına səbəb ola bilər.

İkinci misalın davamı kimi, fərz edək ki, vergi ödəyicisi 15 fevral 2020-ci ildə malların təqdim olunması həyata keçirildiyindən elektron qaimə-faktura da həmin tarixdə təqdim olunacaq. Vergi orqanı həmin elektron qaimə-fakturanın avans məbləği üzrə təqdim olunması haqqında məlumatlı olmadığı üçün vergi nəzarəti tədbirləri zamanı müəyyən sualların yaranması gözləniləndir. Vergi orqanında təqdim olunan məlumat formasında "A" MMC-nin 3.000 manatlıq avans üzrə kreditor borcu haqqı qeyd edildiyi halda isə əlavə suallar da yaranmayacaq.

Eyni zamanda, yanvar ayı üzrə təqdim edilməli olan ƏDV bəyannaməsinin "Debitor borcların hərəkəti barədə" yaradılmış 307-1 sətri üzrə "01.01.2020-ci il tarixədək yaranmış debitor borclar" sətrində qeyd ediləcək. Növbəti hesabat dövrləri üzrə 2020-ci il 1 yanvar tarixinədək yaranan debitor borcları üzrə vəsait daxil olduqca, sadəcə qeyd edilən sətrin hesabat dövrü üzrə silinmiş debitor borclar sütununda qeyd edilməklə əlavə vergi öhdəliyi yaranmadan debitor borcların silinməsi ilə nəticələnəcəkdir.

Mənbə: https://vergiler.az/news/taxes/6953.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!