ƏDV-nin qismən qaytarılması ilə bağlı hazırlıq prosesi başa çatmaq üzrədir
2020-01-31 | Vergilər | 27702019-cu ildə Vergi Məcəlləsinə tətbiq edilən stimullaşdırıcı dəyişikliklərdən biri də əhaliyə ticarət və iaşə müssisələrində ödənişlər zamanı tutulan ƏDV-nin qismən qaytarılması idi. Artıq qanunun bu tələbinin həyata keçirilməsi üçün zəruri olan tədbirlər üzrə əsasnamənin və texniki şərtlərin hazırlanması prosesi tamamlanmaq üzrədir.
Mövzunu şərh edən maliyyə mütəxəssisi Vüqar Mirheydərov bildirib ki, qaytarılan məbləğlər – nağdsız əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin 15 faizi, nağd əməliyyatlar üzrə isə - 10 faizi həcmində olacaq: "Misal üçün, hansısa bir şəxs ticarət obyektində 200 manat məbləğində mal aldığı zaman qaytarılan məbləğin hesablanması aşağıdakı kimi aparıla bilər:
(200 - 200/118%) * 10% = 3,05 man. – nağd əməliyyatlar üzrə
(200 - 200/118%) * 15% = 4,58 man. – nağdsız əməliyyatlar üzrə.
Beləliklə, hər xərclədiyiniz 200 manatdan sizə 4,58 manata qədər vəsait qaytarıla bilər. Bu tədbirlər ölkədə nağdsız əməliyyatlara marağı daha da artırmaq, nağd əməliyyatlar zamanı isə əməliyyatın qanunvericilikdə nəzərdə tutulan qaydada kassa çekinin vurulmasını stimullaşdırmaq məqsədi güdür".
V.Mirheydərovun sözlərinə görə, ƏDV-nin qaytarılmasının digər təsiri əhalinin real xərclərinin məbləğinin vergi orqanları tərəfindən qeydə alınmasıdır ki, bu da müxtəlif təhlillər üçün geniş imkanlar yaradır: "Əslində, əhali tərəfindən xərclərin könüllü şəkildə açıqlanması dolayı yolla gəlirlərin açıqlanmasına aparır. Məsələn, hansısa bir şəxsin ilin 12 ayının hər birində 1.000 manat xərclərinin olması həmin şəxsin aylıq gəlirinin 1.000 manat civarında olmasını böyük ehtimalla iddia etməyə imkan verir.
Deyilənləri nəzərə alaraq nəticə çıxarmaq olar ki, yaxın zamanda Vergilər Nazirliyinin AĞART layihəsinə qoşulanların sayı daha da artacaq".
Fəxriyyə İKRAMQIZI

Vergilər bölümünün son xəbərləri |