Mühasibləri robotla əvəz edib milyonlara qənaət etdilər

2020-02-04 | Accountsoft | 3524

"Bilayn" şirkəti robot-mühasib RobBee-nin səmərəliliyini hesabladı: işlədiyi müddət ərzində operator xərclərinə 50 milyon rubl qənaet etdi. Şirkətin saytında bildirilir ki, robot planı 40% üstələyib və bu layihə bir ildən az müddətdə özü özünü doğrultmuşdur.

RobBee Bilayn şirkətinin işə cəlb etdiyi ilk robotdur. Robot 2018-ci ilin oktyabr ayından Yaroslavl şəhərində yerləşən operatorun Birgə Xidmət Mərkəzinin (BXM) əməkdaşıdır. RobBee-nin vəzifələrinə nağd əməliyyatların yoxlanılması və qeyd edilməsi daxildir.

Robot bütün satış ofislərindən bankdakı hesaba nağd pul axını yoxlayır və müsbət və ya mənfi kənarlaşmaları müəyyənləşdirir. RobBee, həmçinin, bankdan aldığı əməliyyatlar barədə məlumatları şirkətin mühasibat sistemlərindəki məlumatlar ilə yoxlayır və uyğunsuzluq aşkar etdikdə dərhal satış ofisi işçilərinə məlumat verir. Tətbiq edildikdən 6 ay sonra, RobBee BXM işçilərini nağd əməliyyatlar ilə bağlı olan sənədlərin 90% -dən çoxunu yoxlamaq ehtiyacından azad edə bildi.

Eyni zamanda, layihə tətbiq ediləndən prosesin mürəkkəbliyi 4 dəfə azaldı, əməliyyatların sürəti isə 30% artdı. Ayrıca, əlavə işçi qüvvəsi cəlb edilmədən, həyata keçirilən əməliyyatların həcmi 2 dəfə artmışdır. Proses zamanı robotun alqoritminin optimallaşdırılması sayəsində onun sürətini 1.5 dəfə artırmaq və ona göstərilən texniki dəstəyin vaxtını 30% azaltmaq mümkün olmuşdur. Bundan əlavə, RobBee layihə zamanı yarana biləcək istisna hallar ilə daha səmərəli işləməyi öyrəndi.

"Bilayn" şirkəti RobBee robotunun hazırlanmasına və tətbiqinə çəkilən məsrəfləri açıqlamır. Şirkətdən verilən məlumata görə, 2020-ci ildə RobBee, mobil şəbəkənin qurulması üçün satınalma sənədləri hazırlamağı öyrənəcək, bu da prosesin sürətini 56% artırmağa kömək edəcək və 120 işçinin işini əvəz edə biləcək.

Mənbə:

Accountsoft bölümünün son xəbərləri

2024-04-27 | Orta sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotu elektron formada həyata keçiriləcək
2024-03-19 | Elektron qeydiyyat zamanı SİMA İmza-nın identifikasiya üsullarından (üz tanıma) istifadə ediləcək
2024-03-19 | Mühasiblər üçün Trenajor Pro PLUS 2024 - buraxılış 2024-01
2023-10-13 | Sahibkarlara müəssisə resurslarının idarə olunması üçün yeni imkanlar təqdim ediləcək
2022-05-16 | Azərbaycanda Vergi Məcəlləsinin bank hesabı ilə bağlı müddəaları dəyişəcək
2021-02-22 | Özbəkistan süni intellekt texnologiyasının vergi sisteminə tətbiqinə hazırlaşır
2021-01-30 | Startapın müəyyən olunması meyarları təsdiqlənib
2020-06-22 | Azərbaycan şirkəti səhmdarlarına "Whatsapp"la hesabat verəcək
2020-02-04 | Mühasibləri robotla əvəz edib milyonlara qənaət etdilər
2019-11-07 | Kiçik ticarət obyektlərində nağdsız ödənişlərlə bağlı yeni həll - TƏKLİF OLUNACAQ

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!