Malların alış aktının təqdim edilməsi

2020-02-19 | Vergilər | 5089

Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Məcəllənin 71-2.2-ci maddəsində isə göstərilib ki, elektron alış aktının forması, tətbiqi, uçotu və istifadəsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Qanunvericiliyin tələblərini iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edib.

1 yanvar 2020-ci il tarixdən tətbiq edilən elektron alış aktlarının vergi orqanlarına təqdim olunması nəticəsində vergi orqanı elektron bazada malların alış aktı vasitəsilə malları satan şəxslər haqqında məlumat toplayaraq emal etmək imkanı əldə edəcək. Malların alış aktı və ya elektron alış sənədi sırf malların alışını təsdiq edən sənəd hesab olunur. Vergi ödəyicisi malların vergi ödəyicisi olmayan şəxslərdən nağd şəkildə əldə etdikdə kassa-məxaric orderi yazıb qarşı tərəfin şəxsiyyət vəsiqəsinin surətini ona əlavə etməlidir.

Vergi ödəyicisi elektron alış aktı ilə yanaşı, malların kağız əsaslı alış aktını da tərtib etməlidir. Amma malların alış aktının kağızda tərtibinə ehtiyac olmaya da bilər: Vergi Məcəlləsinin 71-2.3-cü maddəsində göstərilib ki, vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda, həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və bu halda kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Misal:

Tutaq ki, "TT" MMC vergi ödəyici olmayan şəxsdən 7.000 manatlıq kənd təsərrüfatı məhsullarını qəbul edir. Vergi ödəyicisi olmayan şəxs tərəfindən malların təqdim edilməsi vergi ödəyicisinin ərazisində baş verdiyi üçün vergi ödəyicisi elektron alış sənədini hazırlayaraq vergi ödəyicisinə imzalatdırır. Bu proses zamanı malların alış aktının imzalanmasına ehtiyac yoxdur.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/7321.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!