Azərbaycanda dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləği ilə bağlı ölkə başçısının yeni sərəncam verəcəyi gözlənilir.
2013-08-14 | İqtisadiyyat | 3221Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya avqustun 7 və 14-də Azərbaycan Respublikasının dövlət orqanlarında olan vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün iki müsabiqə elan edib. Amma bu müsabiqələrin əvvəlki müsabiqələrdən fərqi odur ki, bu dəfə vakant vəzifələr üzrə əməkhaqları göstərilməyib.
Komissiyanın mətbuat xidməti bunun səbəblərini açıqladı.
Mətbuat xidmətindən bildirildi ki, "Dövlət qulluğu haqqında" Qanunda və təsnifatlarda dəyişiklik edilib. Yəni təsnifatların sayı azaldılıb: "Dəyişiklikdən əvvəlki qanunda 9 təsnifat var idisə, indi 7 təsnifat var. Amma yeni təsnifatlarda əməkhaqları haqqında olan normativ aktın uyğunlaşdırılması aparılmayıb. Ona görə də biz müsabiqələrdə əmək haqqını yerləşdirə bilmirik. Uyğunlaşdırılma aparıldıqdan və yeni sərəncam verildikdən sonra növbəti müsabiqələrdə böyük ehtimal ki, əməkhaqları yerləşdiriləcək".
Komissiyadan bildirilib ki, hazırda prezident tərəfindən əməkhaqları haqqında yeni sərəncam verilməyib.
"Köhnə sərəncam qüvvədədir, amma köhnə sərəncam da tam olaraq yeni qanuna uyğun deyil. Çünki yeni qanunda 7 təsnifat var, amma köhnə sərəncam 9 təsnifat üzrə əməkhaqlarını müəyyən edir".
Azərbaycanda dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləği ilə bağlı ölkə başçısının yeni sərəncam verəcəyi gözlənilir. Bu sərəncamla məmurların maaşının artacağı bildirlir.
Modern.az-ın araşdırmasına görə, Azərbaycanda dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləği sonuncu dəfə ölkə başçısının 2008-ci il 9 iyul tarixli, 2934 nömrəli sərəncamı ilə müəyyənləşdirilib. Sonralar bir neçə dəfə dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə onların məvaciblərində cüzi artım olub.
Hazırda Azərbaycanda dövlət qulluqçularının əməyinin ödənilməsi "Dövlət qulluğu haqqında" qanunla tənzimlənir. Dövlət qulluqçusuna verilən məvacibin məbləği dövlət qulluğunun təsnifatına uyğunlaşdırılıb. Bura vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələr da daxildir.
Ölkə başçısının 2008-ci il 9 iyul tarixli, 2934 nömrəli sərəncamı ilə Azərbaycandakı dövlət orqanlarında qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün - 175 manat, yardımçı vəzifələr üçün - 120 manat müəyyən edilib. Dövlət orqanlarında dövlət qulluqçularının aylıq vəzifə maaşının maksimum məbləği isə 1900 manat civarındadır.
Mənbə: www.modern.az

İqtisadiyyat bölümünün son xəbərləri |