Vergi Məcəlləsində dəyişikliklərin tətbiqi zamanı yaranan problemlər mövzusunda seminar
2020-03-02 | Vergilər | 3380AR Vergilər Nazirliyi Tədris Mərkəzi və peşəkar mühasib təşkilatı kimi akkreditə olunmuş Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) birgə təşkilatçılığı ilə “Vergi məcəlləsində dəyişikliklərin tətbiqi zamanı yaranan problemlər” mövzusunda ödənişsiz seminar keçiriləcəkdir.
Seminarda İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Radil Fətullayev , “Takl Qrup” şirkətinin baş mühasibi Mahmud Abasquliyev və Vergilər Nazirliyi Tədris Mərkəzinin Vergi qanunvericiliyinin tədrisi şöbəsinin dosenti Rəşad Əhmədov təlimçi qismində çıxış edəcək.
Seminar 13 mart 2020-ci il, saat 15:30-da Vergilər Nazirliyi Tədris Mərkəzi inzibati binasında keçiriləcəkdir.
Seminarda müzakirəsi nəzərdə tutulan mövzular:
- Əlavə dəyər vergisinin uçotunun baş vermiş dəyişikliyə əsasən aparılması problemləri
- Yeni dəyişikliyə əsasən mal və xidmətlərin alışı zamanı ƏDV-nin uçotu;
- Mal və xidmətlərin satışı üzrə ƏDV-nin uçotunun yeni Məcəlləyə uyğun aparılması;
- Yeni dəyişikliyə əsasən ƏDV-nin əvəzləşdirilməsinin uçotunun aparılması qaydası;
- Baş vermiş dəyişikliyə əsasən TTA-nın satışı zamanı vergilərin hesablanması və uçotu ilə bağlı problemlər
- Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən TTA-nın satışı zamanı vergilərin hesablanması və uçotu;
- Mənfəət və ƏDV ödəyiciləri üçün TTA-nın satışı zamanı vergilərin hesablanması və uçotu.
Ünvan: Bakı şəhəri, Ağa Nemətulla küçəsi, 44.
Seminarda iştirakınızı təsdiq etmək üçün ad, soyad, işlədiyiniz müəssisə, vəzifə və əlaqə vasitələrinizi office@arpa.az email ünvanına göndərərək qeydiyyatdan keçməyiniz tələb olunur.
Tel: (+99412) 505 53 02; (+99455) 202 93 43

Vergilər bölümünün son xəbərləri |