Könüllü qeydiyyat
2020-03-09 | Vergilər | 3157Vergi ödəyicisinin Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tətbiqi barədə sorğusuna baxılıb.
Vergilər Nazirliyindən bildirilib ki, qeyd olunan maddəyə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslərin ƏDV qeydiyyatına alınmasına dair tələblər müəyyən edilmişdir.
Maddədə deyilir ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən və aşağıdakı tələblərə cavab verən şəxslər bu maddə ilə müəyyən olunan hüquqdan istifadə edə bilərlər:
- göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;
- digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirənlər;
- göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edənlər.
Bu məqsədlə, qeyd olunan fəaliyyətlə məşğul olan və göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan vergi ödəyicisi tərəfindən özünün elektron informasiya sisteminə vergi orqanının çıxış imkanı əldə etməsi üçün müvafiq texniki baza yaradılmaqla ərizə ilə qeydiyyatda olduğu vergi orqanına müraciət edilməlidir.

Vergilər bölümünün son xəbərləri |