Turagentlərin gəlirlərinin vergiyə cəlb edilməsi

2020-03-11 | Vergilər | 4117

Vergilər Nazirliyinin mövzuya dair şərhində bildirilir ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Əsasən aviabilet və turpaketlərin satışı ilə məşğul olan agentlər də sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirərək mənfəət və ya gəlir vergisinin ödəyicisi olublar. Artıq ötən ildən aviabilet və turpaketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərirlər. Turagentlərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından (alış və satış qiyməti arasındakı fərq) ibarətdir.

Aviabilet və tur paketlərinin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları turpaketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir. Tutaq ki, agent bileti 100 manata alır və 110 manata satır. Bu zaman 10 manat gəlir əldə edir. Bununla yanaşı, satışa görə 5 faiz komissiya (100*5%=5 manat) alır. Nəticədə turagentin 1 biletdən cəmi gəliri 15 (10+5) manat olur.

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi vergidən azad edilib. Bu müddəa illik gəlirləri 200.000 manatdan az olan turagentlərə şamil edilir.

Misal:

Tutaq ki, turagentin bilet satışından əldə etdiyi illik gəliri 12 min manat olub. Bu məbləğ 200 min manatdan az olduğu üçün həmin vergi ödəyicisi mikro sahibkarlıq subyekti hesab olunur. Buna görə də vergi ödənişlərində 75 faiz güzəşt əldə edir. Bu halda sahibkarın 9 min manatlıq gəliri vergidən azad edilir:

12.000 - 9000 = 3000 manat

3000 x 20% = 600 manat.

Deməli, illik gəliri 12 min manat olan turagent cəmi 600 manat vergi ödəməlidir.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/7630.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!