Azərbaycanda daşınmaz əmlakın satışı zamanı vergini necə azaltmaq olar?

2015-02-15 | Vergilər | 2711

Vergiqoyma nöqteyi-nəzərindən, Azərbaycanda şəxsi ev və torpaq sahəsinin sahibinə onları ayrı-ayrı sənədlər üzrə satmaq daha sərfəli olacaq.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, əgər torpaq sahəsi və orada tikilən ev ümumi alqı-satqı sənədi ilə satılırsa, bu halda gəlir vergisi onların ümumi qiymətindən hesablanır: "Misal üçün, vergiödəyici torpaq sahəsini 20 min manata alıb və orada ev tikib. Daha sonra onu satmaq qərarına gəlib, evin tikinti xərcləri 30 min manatdır, torpaq sahəsi evlə birlikdə 80 min manata satılıb. Əgər o, bu evdə 3 ildən çox yaşayıbsa, onda satış zamanı gəlir vergisindən [bura onun yeganə yaşayış yeridirsə] azad edilir. Lakin onun bu evdə yaşadığı müddət 3 ildən az olarsa, onda gəlir vergisi 4,2 min manat [gəlirin məbləğinin 14 faizi] olacaq".

Bundan başqa, əgər satış zamanı obyektin dəyəri 120 min manatı ötürsə, onda ƏDV-nin ödənişi [18 faiz] də nəzərdə tutulur.

Vergi məbləğinin artırılmasından qaçmaqdan ötrü evi və torpağı ayrı-ayrı sənədləri üzrə satmaq lazım gəlir. Məsələn, torpaq sahəsini satış dəyəri 30 min manat, evinki isə 50 min manatdır. Nazirlikdən deyiblər ki, bu halda torpaqdan vergi tutulmur, evə isə 2,8 min manat məbləğində gəlir vergisi tətbiq edilir.

Digər mühüm məqam yeni tikililərdə alınan təmirsiz evlərə aiddir. Agentliyin müsahibinin sözlərinə görə, belə mənzili alan və onu təmir edən şəxsin əlində təmir xərclərini təsdiqləyən sənəd olmalıdır. Bu, ondan xəbər verir ki, gələcəkdə izafi xərclərdən qaçmaq üçün [mənzilin satışı zamanı] podratçı şirkətlə müqavilə bağlamaq vacibdir: "Məsələn, təmirsiz mənzil 10 min manat, onun təmiri 40 min manatdır. Mənzilin sahibi onu 80 min manata satır. Belə olan halda mənzilin və təmirin dəyərini satış məbləğindən çıxmaq [yalnız müvafiq sənədlər əsasında] lazımdır, yəni 30 min manat. Bu məbləğdən gəlir vergisi tutulacaq, yəni evin sahibi vergi ödənişi şəklində 4,2 min manat ödəməli olacaq".

Daimi yaşayış yerindən başqa, ikinci və ya üçüncü mənzil olduğu halda, onların satışı zamanı gəlir vergisi alınma müddətindən asılı olmayaraq eyni prinsip üzrə ödənilir.

Kommersiya obyektlərinə gəldikdə (ofislərə, mağazalara və s.), burada gəlir vergisi 20 faiz təşkil edir. Bura 4 faiz həcmində sadələşdirilmiş vergi (əgər satışın dəyəri 120 min manatdan azdırsa) və ya satışın ümumi dəyərinin ƏDV-si (əgər məbləğ 120 min manatı ötürsə) əlavə olunur.

Nazirlikdən qeyd ediblər ki, bu kateqoriyaya (sahibkarlıq fəaliyyəti) kirayəyə verilən mənzillər aid deyil, belə ki, icarəyə vermək sahibkarlıq fəaliyyətinə daxil deyil.

Qeyd edək ki, Azərbaycanda daşınmaz əmlak vergisi 2014-cü ildən tətbiq edilib.

Mənbə: http://az.trend.az/business/economy/2364006.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!