Qeyri-rezidentlərə aid vergitutmada dəyişikliklər

2020-03-17 | Vergilər | 2776

Vergi Məcəlləsinə son dəyişikliklərdən biri də qeyri-rezidentlərin vergitutması ilə bağlıdır. 169-cu maddədəki dəyişikliyi sərbəst auditor Altay Cəfərov şərh edir.

169.3. Bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq, vergi dərəcəsinin qeyri-rezidentə ödənilməli olan məbləğə (əlavə dəyər vergisi (ƏDV) nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.

Bu dəyişiklikdən sonra vergi ödəyiciləri tərəfindən müxtəlif suallar meydana çıxır:

  • qeyri-rezidentin göstərdiyi işlərə və xidmətlərə görə ƏDV necə hesablanır?
  • ƏDV-nin əvəzləşməsi necə aparılır?
  • ƏDV veriləndən sonra əsas məbləği ödəmədən əvəzləşməni həyata keçirmək olarmı?

Vegi Məcəlləsindəki dəyişiklik bütün qaranlıq məqamları aradan qaldırır. Bir çox vergi ödəyiciləri 1 yanvar 2020-ci il tarixinə kimi Məcəllənin 169.4-cü maddəsinə əsasən hesablanmış (əsas məbləği ödənilməmiş) ƏDV-nin ödənilməsini təsdiq edən sənəd üzrə ƏDV bəyannaməsində əvəzləşmə aparırdı. Bəzi vergi ödəyiciləri də vardır ki, qeyri-rezident üzrə ƏDV ödənilməsinə baxmayaraq, əsas məbləğ ödənilmədikdə əvəzləşdirmə aparmırdı.

169.4-cü maddədəki vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi ifadəsini birdaşa 169.3-cü maddə ilə əlaqəlandirmək lazımdır. Qeyri-rezident üzrə əvəzləşdirmə aparılması üçün ilkin olaraq onunla bağlı olan əməliyyatlara ƏDV hesablanmalıdır. ƏDV hesablanması da 169.3-cü maddə ilə tənzimlənir: bu maddəyə görə ƏDV hesablanmsı üçün ilkin olaraq vergi tutulan əməliyyat olmalıdır. Əməliyyata bundan sonra 18 faiz ƏDV hesablanır.

1 yanvar 2020-ci ildən əməliyyat baş vermiş vaxt ancaq əsas məbləğ ödəniləndə sayılır və bundan sonra 18 faiz ƏDV hesablanmış olur. Deməli, artıq vergi ödəyciləri ancaq ƏDV ödəməklə birbaşa əvəzləşmə apara bilməzlər.

2020-ci ildən qüvvyə minmişyeniliyi misallar üzərində nəzərdən keçirək.

Misal 1:

"AA" MMC Türkiyə Respublikasının rezidenti olan "SS" LTD-dən 10.000 dollarlıq (xidmət ƏDV-yə cəlb olunandır) xidmət əldə edib. İşlər 30 yanvar 2020-ci ildə yerinə yetirilib. Xidmətin haqqı isə 10 fevral 2020-ci ildə ödənilib. Hesablanmış ƏDV isə 11 fevral 2020-ci ildə büdcəyə ödənilib.

Belə olan halda "AA" MMC yanvar ayının ƏDV bəyannaməsində nə hesablanma, nə də əvəzləşdirmə qeyd etməyəcəkdir. Fevral ayının ƏDV bəyannaməsində həm 17.000 manat (10.000 dolların qarşılığı) * 18% = 3060 manat hesablama, həm də 3.060 manat əvəzləşmə qeyd edilməlidir.Ona görə ki, 169.3.-cü maddənin tələblərinə görə ödəmə aparılanda ƏDV-nin hesablanması, həmçinin 169.4.-cü maddənin tələblərinə görə də ƏDV-nin ödənilməsi zamanı əvəzşləşmə getməlidir.

Misal 2:

Birinci misalımızın davamı kimi nəzərə alaq ki, "AA" MMC 3.060 manat ƏDV-ni fevralda yox, martda büdcəyə ödəyib. Bu halda hesablama fevralda, əvəzləşmə isə mart ayının ƏDV bəyannaməsində aparılacaqdır. Ona görə ki, əsas məbləğ ödənilməyinə baxmayaraq ƏDV martda ödənilib. Bu, 169.4.-cü maddənin tələblərinə aiddir.

Misal 3:

İndi isə nəzər alaq ki, "AA" MMC yanvarda 3.060 manat ƏDV ödəyib. Amma əsas məbləğ 10.000 dollar fevral ayında ödənilib.

Bu halda, əvəzləşdirmə yanvar ayında yox, fevral ayında ƏDV bəyannaməsində yazılmalıdır. Ona görə ki, 1 yanvar 2020-ci il tarixindən ancaq ƏDV-nin ödənilməsi ilə əvəzləşmə aparıla bilməz. Əvəzləşdirmə üçün əsas məbləğ də ödənilməlidir. Əsas məbləğ isə fevralda keçirilib.

Hazırladı:

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/taxes/7725.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!