Maliyyə naziri koronavirus pandemiyası ilə bağlı əlavə əmr imzaladı

2020-03-26 | İqtisadiyyat | 861

Maliyyə naziri Samir Şərifov koronavirus pandemiyası ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.

“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, əmrdə deyilir ki, iclasların, müşavirələrin, toplantıların yalnız telefon rabitəsi və internet vasitəsilə keçirilməsinə üstünlük verilsin.

Nazirliyin əməkdaşlarında və onların ailə üzvlərindən birində qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi hallar olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilir. Həmçinin, nazirliyin qaynar xətlərinin fəaliyyəti fasiləsiz təmin edilməsi əmrdə vurğulanır.

Əmrdə qeyd edilib ki, xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılır.

Ezamiyyətə xüsusi zərurət olduğu hallarda isə nazirliyin rəhbərliyinə əsaslandırılmış müraciət edilməlidir.

Həmçinin vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınıb. Bununla yanaşı, nazirliyin əməkdaşlarının xarici ölkələrə şəxsi səfərləri dayandırılır.

Mənbə: https://report.az/maliyye/maliyye-naziri-koronavirus-pandemiyasi-ile-bagli-elave-emr-imzaladi/

İqtisadiyyat bölümünün son xəbərləri

2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək
2021-10-06 | Azərbaycanda dövlət satınalmaları barədə qaydalar dəyişib
2021-10-05 | Video təlim platforması sahibkarların istifadəsinə verilib
2021-09-17 | Azərbaycanda əməkhaqqı və sosial ödənişlər ARTIRILACAQ
2021-01-30 | Vergi və rüsumlar üzrə güzəşt və azadolmalara dair məlumatlar müəyyənləşəcək
2021-01-23 | ARPA işçilərin icbari sığortası mövzusunda Vebinar keçirdi
2021-01-15 | Mikayıl Cabbarov: İşğaldan azad olunmuş ərazilərə xüsusi güzəştli iqtisadi rejimin tətbiqi təklif olunur
2021-01-03 | Azərbaycanda yaşayış minimumu 196 manat məbləğində müəyyən edilib
2020-12-12 | Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi adlı layihənin icrası sona çatdı
2020-12-11 | ARPA-nın yeni korporativ üzvü Azəralüminium MMC

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!