Şirkətlərin bağlanmış müqavilələri yenidən analiz edilməlidirlər.
2015-02-19 | İqtisadiyyat | 2686Son dövrlər iqtisadiyyatda və manatın məzənnəsində baş verən proseslər şirkətləri və əsasəndə şirkət sahiblərini öz risklərini və problemli borc portfellərini bir daha nəzərdən keçirməyə məcbur edib. "CLC" (Corporate Legal Consultancy) hüquq şirkətinin direktoru Pərviz Məmmədov "Marja"ya bildirdi ki, yaranmış mövcud vəziyyətdə iki vacib məqamı qeyd etmək lazımdır:
Onun sözlərinə görə, məqamlardan birincisi şirkətlərin bu günədək bağlanmış müqavilələri, həmin müqavilələr üzrə götürülmüş ödhəliklər və yaranmış tələb hüquqlarıdır:
"Bu günədək bağlanmış müqavilələr şirkətin riskləri baxımından yenidən analiz edilməli və şirkətin riskləri yenidən qiymətləndirilməlidir. Əgər müqavilələr şirkətin mənafelərinə tam cavab vermirsə, bu halda qanunvericliyə əsasən şirkətin mənafelərini müdafiə edən normalar müəyyən edilməli və qarşı tərəflə danışıqlarda bu normalar bir arqument kimi sitifadə edilməlidir. Əgər danışıqlar nəticə verməzsə, bu halda həm müqavilələr həm də qanunvericlik məhkəmə perspektivi baxımından bir daha təhlil edilməli və mümkün ən qısa müddət ərzində qarşı tərəfin barəsində məhkəməyə müraciət edilməlidir. Məhkəməyə iddia ərizəsi ilə yanaşı iddianın təmin tədbirləri barəsində də vəsatət əlavə edilməlidir. Bu niyə vacibdir?! Çünki qarşı tərəfdə bir şirkətdir və onun böyük ehtimalla başqa şirkətlər qarşısındada icra edilməli olan öhdəlikləri vardır. Bu baxımdan ilk olaraq məhkəməyə müraciət edən şirkətin şansı digərlərinə nisbətən daha çoxdur. Çünki İcra Haqqında AR Qanununun 75.6-cı maddəsinə əsasən tələblər ödənilərkən hansı tələb barədə sənəd icra şöbəsinə daha əvvəl daxil olubsa ilk növbədə həmin tələb ödənilir.
Yuxarıda qeyd edilən məsələlər həm də fiziki şəxslərə aiddir.
Bundan əlavə davamlı olaraq şirkətdən nisyə mal almış hüquqi və fiziki şəxslərlə ən qısa müddətdə üzləşmə aparılmalı və son borc məbləği aktlarla və digər maliyyə sənədləri ilə yazılı qaydada müəyyənləşdirilməlidir.
Daha əvvəl şirkətə borcu olan və artıq problemli müştəri hesab edilən hüquqi və fiziki şəxslərə amnistiyanın tətbiq edilməsi ilə stimullaşdırma aparılmalı və ödəniş edəcəyi təqdirdə həmin borclulara tətbiq edilən cərimələrin azalıdlacağı barədə onlara məktub gönədilməlidir".
Pərviz Məmmədov qeyd etdi ki, bundan sonra bağlanacaq müqavilələr üzrə götürüləcək öhdəliklər və yaranacaq tələb hüquqları ilə bağlı görüləcək tədbirlər ikinci vacib məqamdır.
"Yeni müqavilələr bağlanacaq müştərilər əgər hüquqi şəxsdirsə onların təsis sənədləri direktorlun və təsisçilərin şəxsiyyət vəsiqələri ünvanları əlaqə vasitələri götürülməli, iri məbləğli müqavilələrdə təsisçilərin zaminliyi təmin edilməlidir. Satış menecerləri müştərilərin mağazalarına və ofislərinə ziyarətləri daha tez-tez həyata keçirməli və şirkətin maliyyə vəziyyətini daimi nəzarətdə saxlamalıdırlar. Nəzərə alsaq ki, artıq öz ofislərini boşaldaraq tərk edən şirkətlər vardır. Bu məsələnin nə dərəcədə vacib olduğunu analmaq olur.
Müqavilə standartlarında bundan sonra manatın məzənnəsinin dəyişməsi ilə bağlı şərtlər öz əksini tapmalıdır. Habelə müqavilələrdə şirkətin bir tərəfli qaydada xəbərdarlıq etməklə müqaviləni ləğv etmək və yekun haqq hesab aparılmasını tələb etmək hüquqları qeyd edilməlidir.
Fiziki şəxslərlə müqavilə bağlayarkən mütləq qaydada onların əmlakları barəsində məlumatlar toplanmalı qeydiyyatda olduğu və fakitiki yaşadığı ünvanlar dəqiq müəyyən edilməli sürücülük vəsiqəsinin surəti alınmalı, əgər şəxs evlidirsə onun həyat yoldaşının (ərinin/arvadının) şəxsiyyət vəsiqəsinin surəti və əlaqə vasitələri götürülməlidir.
Bundan sonra şəxsin adı soyadı internet vasitəsi ilə yoxlanılaraq onun barəsində məhkəmə iddialarının olub olmaması ölkəyə giriş çıxışına məhdudiyyət qoyulub qoyulmaması, sürücülük vəsiqəsinin məlumatları əsasında idarə etdiyi nəqliyyat vasitələri barəsində məlumatlar əldə etmək mümkün olacaqdır".

İqtisadiyyat bölümünün son xəbərləri |