Daşınmaz əmlakla bağlı əvvəlki gəlirlərdən də vergi tutulacaq

2015-05-25 | Vergilər | 3060

Azərbaycanda daşınmaz əmlakın satışına görə əldə edilən gəlirlərdən vergi tutulması son 3 ildə satılmış istənilən obyektə şamil edilir. Bu barədə Vergilər Nazirliyindən (VN) məlumat verilib.

Qurum bəyan edib ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq hüququna malikdirlər. Başqa sözlə, vergi orqanları 2013-cü ildən başlayaraq satılmış istənilən daşınmaz əmlakdan gəlir vergisini ödəməyi tələb etmək hüququna malikdirlər".

Vergi ödəyicisinin 3 il və daha artıq müddət ərzində daimi yaşayış yeri olan daşınmaz əmlakının satışından əldə edilən gəlir istisna təşkil edir. Belə olan halda vergi ödəyicisi gəlir vergisini ödəməkdən azad edilir.

Bununla da, mövcud qanunvericiliyə əsasən, mənzilini 3 il ərzində (onun alınmasından etibarən) satmaq istəyən şəxs alış və satış arasındakı fərqdən gəlir vergisi ödəməlidir. Daimi yaşayış yerindən başqa, ikinci və üçüncü mənzilin olduğu halda mənzillərin satışı zamanı gəlir vergisi onların əldə edilməsi müddətindən asılı olmayaraq ödənilir.

Azərbaycanda gəlir vergisi dərəcələri:

Vergi alınan illik gəlirin məbləği 30000 manatadək - 14%

Vergi alınan illik gəlirin məbləği 30000 manatdan çox - 4200 manat + 30000 manatdan çox məbləğin 25%-i

Digər tərəfdən, satış obyektinin dəyəri 120 min manatı üstələyərsə (alış-satış haqqında müqaviləyə uyğun olaraq), ƏDV (18%) ödənişi də nəzərdə tutulur. Bu zaman 3 illik güzəşt müddəti tətbiq edilmir.

Kommersiya obyektinə (ofis, mağaza və s.) gəlincə, onların satışı zamanı ƏDV ödənişi, mənfəət vergisi və gəlir vergisi tələb olunur. Əgər onların satıcısı qismində hüquqi şəxs yaradılmadan sahibkarlıq fəaliyyyəti aparan fiziki şəxs çıxış edirsə, gəlir vergisinin məbləği 20% təşkil edir.

Sadələşdirilmiş vergi ödəyiciləri (il ərzində vergi tutulan əməliyyatların aylıq məbləği ən azı 120 min olanlar) qeyri-yaşayış obyektinin satışı zamanı daşınmaz əmlak Bakıda yerləşərsə, 4% məbləğində vergi ödəməli olacaq. Ölkənin digər regionları üçün bu vergi % məbləğində müəyyənləşdirilib.

VN-dən qeyd ediblər ki, satılan obyektin təyinatından asılı olmayaraq, daşınmaz əmlakın sahibi mənfəət əldə etdiyi gündən gec olmayaraq vergi orqanında uçotda durmalı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) əldə etməlidir.

Nazirlikdən bildiriblər: "Vergi həmin daşınmaz əmlakın əldə edildiyi ildən asılı olmayaraq ödənilir. Lakin, məsələn, o, 1995-ci ildə əldə edilibsə və sahibinin satışdan hansı mənfəət əldə edəcəyini müəyyənləşdirmək mümkün deyilsə, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, belə mənfəət Nazirlər Kabinetinin "Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları"na uyğun olaraq hesablanır".

Azərbaycanda daşınmaz əmlaka görə vergi tutulması 2001-ci ildə tətbiq edilib, lakin Vergilər Nazirliyində notariat kontorları tərəfindən bağlanılan əqdlər barədə təqdim edilən məlumatlar əsasında bazanın formalaşdırılması ilə əlaqədar bu yeniliyin praktiki reallaşdırılması 2014-cü ildən başlayıb.

Mənbə: http://www.marja.az/financial/news/budget-taxes/item/183980-da%C5%9F%C4%B1nmaz-%C9%99mlakla-ba%C4%9Fl%C4%B1-%C9%99vv%C9%99lki-g%C9

Vergilər bölümünün son xəbərləri

2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib
2025-09-29 | Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir
2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
2024-12-11 | Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib
2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!