Əmlak və torpaq vergiləri üzrə tam məbləğdə vergi güzəştləri ediləcək - SİYAHI

2020-04-23 | Vergilər | 3625

Koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir.

“APA-Economics”in vergi qanunvericiliyi çərçivəsində hazırlanan təkliflər paketinə istinadən verdiyi xəbərə görə, belə fəaliyyət sahələrinə aşağıdakı istiqamətlər aiddir:

Yerləşmə vasitələri hesab edilən mehmanxana (otel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;

Turoperator və turagent fəaliyyəti;

İctimai iaşə fəaliyyəti;

Avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

Sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;

Sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

İdman-sağlamlıq obyektlərinin fəaliyyəti

Hazırlıq (tədris) və ixtisasartıma kurslarının, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlərin fəaliyyəti;

Koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə fəaliyyəti Nazirlər Kabineti tərəfindən tam və ya qismən məhdudlaşdırılmış digər fəaliyyət sahələri.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur. Bununla əlaqədar, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklər layihəsi hazırlanıb.

Bununla əlaqədar, İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb. Hökumətdə bir daha baxıldıqdan sonra təkliflər paketinə daxil olan sənəd layihələri Milli Məclisə təqdim olunub.

Nərmin Rəhimova

Mənbə: https://apa.az/az/maliyye_xeberleri/mlak-v-torpaq-vergilri-uzr-tam-mblgd-vergi-guzstlri-edilck-colorredSIYAHIcolor-582936

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!