Akif Mustafayev: Avtomobillərlə yük daşıyan şirkətlər koronavirus səbəbindən problemlərlə üzləşir
2020-04-23 | İqtisadiyyat | 2946Yeni növ koronovirus (COVID-19) pandemiyası şəraitində bir sıra ölkələr daha çox dəmiryolu nəqliyyatına (təmassız, daha təhlükəsiz, daha ucuz və ekoloji cəhətdən daha səmərəli) diqqət yetirir.
"APA-Economics"in məlumatına görə, bu barədə TRASEKA ("Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" proqramı) Hökumətlərarası Komissiyanın Azərbaycan üzrə milli katibi Akif Mustafayev öz Twitter səhifəsində bölüşüb.
Onun sözlərinə görə, avtomobillərlə yük daşıyan şirkətlər sərt sanitariya nəzarəti şəraitində böyük problemlərlə üzləşir.
Xatırladaq ki, Avropa İttifaqının TRASEKA – "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRASEKA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.
TRACECA Proqramı Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqillik qazanmış dövlətlərinin nəqliyyat infrastrukturunun bərpasına yardım göstərilməsi, Avropa və Asiyanı birləşdirən ən qısa nəqliyyat dəhlizinin yaradılması və bununla regionun Qərbə inteqrasiyası, həmçinin bu dövlətlərin iqtisadiyyatlarının dirçəldilməsinə və inkişafına yönəldilmiş Avropa İttifaqı proqramlarının reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır.
Bununla yanaşı, 7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı - Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib və TRACECA Proqramı əsasında "Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş" imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib.
Emil İsmayılov

İqtisadiyyat bölümünün son xəbərləri |