İş adamlarından AMB-yə ciddi təkliflər: Kreditlərə vaxt, valyuta rejimi və nağd ödənişlərə icazə - AÇIQLANDI
2020-04-24 | İqtisadiyyat | 2378Azərbaycan sahibkarları Mərkəzi Bankdan kreditlərə vaxt verilməsini, nağd hesablaşmalara icazə verilməsini və valyuta rejiminin daha da yumşaldılmasını istəyirlər.
FED.az xəbər verir ki, bu təkliflər Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının cari ilin 22 aprel tarixində keçirilən iclasında səslənib. Toplantıda ASK, Banklar Assosiasiyası, sahibkarlar və bank sektorunun nümayəndələri iştirak edib. Müzakirələr zamanı pandemiya şəraitində sahibkarların üzləşdiyi çətinliklər sadalanıb, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmləri üzrə təkliflər səsləndirilib.
Eyni zamanda bu məsələlərin həlli üçün sahibkarlarla maliyyə institutları arasında əməkdaşlıq perspektivlərinə dair geniş müzakirələr aparıldı.
Çıxış edən sahibkarlar pandemiya şəraitində üzləşdikləri çətinlikləri qeyd edərək bank sektoru qarşısında kredit öhdəliklərinin restrukturizasiyası, cari fəaliyyətlərində dövriyyə vəsaitlərinin çatışmazlığını həll etmək üçün yeni kreditlərin ayrılması, valyuta rejiminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsi, hesablaşmalarda, xüsusilə də kiçik biznesdə hesablaşmalarda nağd vəsaitlərdən istifadə imkanlarının nəzərdən keçirilməsi, bu istiqamətdə çeklə hesablaşmaların da tətbiq imkanlarına baxılması, mikrokreditləşmə mexanizmləri üzrə tələblərin sadələşdirilməsi, biznesin kreditləşməsinin aktivləşməsi üçün zəmanət mexanizmlərindən daha geniş istifadə edilməsi kimi fikirlər səsləndirdilər.

İqtisadiyyat bölümünün son xəbərləri |