Tikinti biznesi sadələşdirilmiş vergi ödəyəcək?

2015-10-16 | Vergilər | 2551

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsində "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edilib.

Layihədə binaların tikintisi və satışı fəaliyyətini həyata keçirən, habelə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə tətbiq olunan vergitutma mexanizminin təkmilləşdirilməsi üçün onların sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik olması təklif edilir. Bu zaman tikinti müəssisəsi seçdiyi vergitutma metodunu tikinti başa çatdırılanadək dəyişdirə bilməz.

Vergilər naziri Fazil Məmmədov qanun layihəsi barədə məlumat verərək bildirib ki, layihədə təklif olunan dəyişikliklərin bir qismi sadələşdirilmiş vergi tutulmasının təkmilləşdirilməsi və tikinti fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə aiddir.

Ticarət və ictimai iaşə fəaliyyəti üzrə fəaliyyət göstərən şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir və bu vergi ticarət fəaliyyəti üzrə 6%, ictimai iaşə fəaliyyəti üzrə isə 8% (dövriyyə həcmindən) müəyyənləşdirilir.

Mənbə: http://www.marja.az

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!