Anbarı və istehsal sahəsi olmayan vergi ödəyicilərinin riskləri
2020-08-28 | Vergilər | 4499Nazirlər Kabinetinin təsdiq etdiyi “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”ında iki anlayış – riskli vergi ödəyicisi və riskli əməliyyat anlayışları konkretləşdirilib. İqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi orqanının təhlillər əsasında riskli əməliyyatları aşkarlamaq imkanı olsa da, bəzi riskli vergi ödəyicilərinin meyarlara uyğunluğunu müəyyən etmək üçün vergi nəzarəti (operativ vergi və səyyar vergi yoxlamaları) tədbirlərini həyata keçirməlidir.
Vergi ödəyicisi satış üçün ancaq geyim malları əldə edir. Buna baxmayaq digər vergi ödəyicilərinə təqdim etdiyi elektron qaimə-fakturalarda onun tikinti materialları satdığı müəyyən edilir. Qaydaların 2.1.2-ci maddəsində qeyd edilir ki, aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur.

Vergilər bölümünün son xəbərləri |