Könüllü və intizamlı vergi ödəyicisi imici qazanmaq üçün vergi uçotu məlumatları diqqətdə saxlanılmalıdır
2020-09-01 | Vergilər | 4135Könüllü vergi ödəyicisi olmaq sahibkarlıq subyektlərinin müsbət imicinin başlıca xüsusiyyətidir. Mövzunu İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev şərh edir.
Könüllü vergi ödəyicisi aşağıdakı əlamətlərə görə müəyyənləşdirilir:
- ödəniləcək vergiləri könüllü olaraq, heç bir kənar təzyiq olmadan hesablamaq;
- vergi bəyannamələrini vaxtında doldurub vergi orqanlarına təqdim etmək;
- vergi ödəmələrini vaxtında yerinə yetirmək;
- vergi sistemində aparılan yeniliklərin, islahatların tələblərinə əməl etmək.
Könüllü və intizamlı vergi ödəyicisi olmaq istiqamətində aparılan ilk addım vergi uçotu məlumatlarının vaxtında yenilənməsi və baş verən dəyişikliklərlə bağlı vergi orqanlarının məlumatlandırılmasıdır. Vergi uçotu məlumatlarını vaxtında dəyişdirməmək sahibkarın müvafiq maliyyə sanksiyaları ilə üzləşməsinə gətirib çıxarır: ona 40 manat cərimə tətbiq olunur.
Vergi uçotu məlumatlarını vaxtında dəyişdirməyən subyektlərlə vergi orqanlarının əlaqələri kəsilir ki, bunun da nəticəsində requlyator orqan tərəfindən şəxsin özünə yönəldilən müxtəlif xəbərdarlıqlar və ya məlumatlardan sahibkar xəbərsiz qalır. Nəticədə bu, sahibkarın vacib məlumatlardan və onların yaratdığı məsuliyyətdən gec xəbər tutmasına səbəb olur.
Bu cür hallar daha çox fərdi sahibkarlar və hüquqi şəxs yaradan mikro biznes subyektləri üçün xarakterikdir. Onlar təkbaşına fəaliyyət göstərdiklərindən heç bir maliyyə və vergi mütəxəssisinin xidmətindən yararlanmaqda maraqlı olmurlar.
Belə halların aradan qaldırılması üçün Dövlət Vergi Xidməti tərəfindən vergi uçotu məlumatlarının dəyişdirilməsi tam şəkildə elektronlaşdırılmışdır.
Fiziki və ya hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi
Proses elektron qaydada həyata keçirilir. Bunun üçün aşağıdakı mərhələləri həyata keçmək lazımdır:
"Onlayn kargüzarlıq" bölməsinə daxil olunur. "Yeni müraciət" düyməsi sıxılır və açılan pəncərədə
- "Kimə" siyahısından - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə;
- "Müraciətin növü" siyahısından - Ərizə;
- "Sənədin növü" siyahısından - Fiziki (Hüquqi) şəxsin məlumat dəyişikliyi ərizəsi seçilir və "Qəbul" düyməsi sıxılır.
Açılan ekranda fiziki (hüquqi) şəxslərin əlaqə məlumatları və fəaliyyət növləri üzrə məlumat dəyişikliyi aşağıdakı qaydada həyata keçirilir:
Əlaqə məlumatlarının sistemə daxil edilməsi
- ekranın uyğun hissəsində "Əlavə et" düyməsi sıxılır. Bu halda siyahının əvvəlinə yeni boş sətir əlavə olunur;
- "Növü" sütununda siyahıdan əlaqə məlumatının (ev telefonu, iş telefonu, elektron ünvan və sair) növü seçilir;
- siyahıdan ərazinin və ya mobil operatorun telefon kodu seçilir;
- növbəti sütunda seçilmiş növə uyğun olaraq telefon nömrəsi və ya elektron ünvan barədə məlumat sistemə daxil edilir.
Məlumat bazasına istənilən sayda telefon nömrəsi və elektron ünvan barədə məlumat daxil etmək mümkündür.
Fəaliyyət növünün sistemə daxil edilməsi

- "Kodu" sütununda fəaliyyət növünün kodu sistemə daxil edilir;
- sistem tərəfindən uyğun fəaliyyət növünün adı ekrana çıxarılır.
Qeyd edək ki, sistemə səhv fəaliyyət kodunun daxil edilməsinə icazə verilmir.
Məlumatın silinməsi
Həm əlaqə məlumatları, həm də fəaliyyət növləri barədə məlumatlar eyni qayda ilə silinir. Bu məqsədlə hər iki halda "Seçim" qrafasında uyğun sətrin qarşısına işarə qoyulur və "Seçilmişləri sil" düyməsi sıxılır.
Eyni vaxtda həm yeni məlumatları sistemə daxil etmək, həm də mövcud məlumatları məlumat bazasından silmək mümkündür.
Məlumat dəyişikliyi ilə bağlı bütün əməliyyatlar başa çatdıqdan sonra "İrəli" düyməsi sıxılır. Bu halda daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir. İstifadəçi məlumatların doğruluğuna əmin olduqda, onu təsdiqləmək üçün "Qəbu" düyməsini sıxır. Hər hansı uyğunsuzluq olarsa, "İmtina" düyməsi seçilə bilər. Təsdiqdən sonra ekrana "Fiziki (Hüquqi) şəxsin məlumat dəyişikliyi" ərizəsinin icraya qəbul edilməsi barədə BİLDİRİŞ məlumatı çıxır (bildirişi çap edə və ya pəncərəni bağlaya bilərsiniz).
Fərdi sahibkar tərəfindən göndərilən bu elektron ərizə onun "Göndərdiklərim" qovluğuna düşür. Buradan əməliyyat tarixçəsi vasitəsilə göndərdiyiniz ərizənin Vergi Xidmətində gedişatını izləyə bilərsiniz.
Bununla bağlı Vergi Məcəlləsinin 4.3.-cü maddəsində qoyulan məsələlərə diqqət etmək lazımdır: Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verilməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu və vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişikliyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir".
Vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir.
Fəxriyyə İKRAMQIZI

Vergilər bölümünün son xəbərləri |