Pandemiya və vergi güzəştləri

2020-09-23 | İqtisadiyyat | 2983

Ümumdünya Səhiyyə Təşkilatının sentyabrın 14-də yaydığı məlumatda deyilir ki, bir sutka ərzində bütün dünya üzrə virusa yoluxanların sayı rekord həddə - 307,9 min nəfərə çatıb. Bu fonda dünya iqtisadiyyatında aktivliyin zəifləməsi halları qeydə alınmağa başlayıb. Bəs Azərbaycan hökuməti pandemiya dövrü üçün iqtisadi aktivliyin qorunub saxlanması, biznesin postpandemiya dönəminə daha dayanaqlı bir vəziyyətə gəlib çıxması üçün nələr edir?

İqtisadçı ekspert Fikrət Yusifov mövcud vəziyyəti şərh edərək bildirib ki, pandemiya səbəbindən ölkənin vergi sistemi xüsusi rejimə keçirilib. Bu rejim pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə geniş miqyasda vergi güzəştləri və azadolmalar verib. Pandemiyadan zərər çəkmiş sahibkarlar 2020-ci il üzrə əmlak və torpaq vergilərindən tam azad ediliblər, onların 2020-ci ildə əldə edəcəkləri mənfəət və ya gəlirlərinin 75 faizi miqdarında vergi güzəştləri nəzərdə tutulur. Bundan başqa, daşınmaz əmlakın icarəyə götürülməsinə görə fiziki şəxslərdən ödənilən icarə haqlarından tutulan verginin dərəcəsi 14 faizdən 7 faizə endirilib, sadələşdirilmiş rejimdə fəaliyyət göstərən ictimai iaşə obyektləri üçün vergi dərəcəsi 8 faizdən 4 faizə, 2 faiz dərəcə ilə vergi ödəməklə fəaliyyət göstərən sadələşdirilmiş vergi ödəyiciləri üçün isə bu rəqəm 1 faizə endirilib. Müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığı və zəruri ehtiyaclarının təmin edilməsi məqsədilə idxal edilmiş məhsullar ƏDV-dən azad olunub.

Bu qəbildən digər güzəştlərlə yanaşı, sahibkarlar üçün zəruri vergi tətilləri də müəyyən olunub. Hökumətin atdığı bu addımlar pandemiya şəraitində ölkədə biznes mühitinin qorunub saxlanması üçündür. Bütün bunlara baxmayaraq pandemiya dövrü uzandıqca biznesin fəaliyyət imkanları da zəifləyir və bir çox hallarda şirkətlər müflis olmaq həddinə çatır. Belə bir vəziyyətdə vergi güzəştlərinin ortada olması hələ problemin tam həlli demək deyil. Bu reallıq nəzərə alınmaqla yeni, daha önəmli addımlar atmaq zəruridir. Fəaliyyəti dayanacaq müəssisəyə hər hansı güzəştin verilib-verilməməsi praktiki olaraq heç nəyi dəyişmir. Deməli, müəssisələrə verilən maliyyə dəstəyinin miqyası və həcmi genişləndirilməlidir. Bu məqsədlə ölkənin valyuta ehtiyatlarının bir hissəsindən effektli mexanizmlər vasitəsilə istifadə etmək mümkündür.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/economy/10275.html

İqtisadiyyat bölümünün son xəbərləri

2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları
2021-12-21 | Dəfn üçün müavinət də artırılıb
2021-12-21 | Uşağın anadan olmasına görə müavinət 50 faiz artırıldı
2021-12-18 | 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib
2021-10-13 | Kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün onlayn sertifikatlı təlim keçiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!