Vəkillərin və mühasiblərin sosial sığorta ödənişləri necə hesablanır?

2020-10-12 | Vergilər | 4219

"Sosial sığorta haqqında" Qanunun 14.5.5-ci maddəsinə əsasən, vəkillər kollegiyasının üzvləri, sərbəst auditorlar, sərbəst mühasiblər gəlirlərinin 10 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. İqtisadçı ekspert İsmayıl Bağırov mövzu ilə bağlı maraq doğuran məsələləri açıqlayır.

Hesabat dövrü ərzində xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərlə həmin dövr üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği arasında yaranan fərqdən ibarət olan məbləğ sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəkillər kollegiyasının üzvlərinin, sərbəst auditorların, sərbəst mühasiblərin məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri hesab olunur. Həmin şəxslər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləği sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün müəyyən edilmiş dərəcələrlə hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləğindən az olduqda, onlar məcburi dövlət sosial sığorta haqqını sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün müəyyən edilmiş dərəcələrlə ödəməlidirlər.

Misal 1:

Bakı şəhərində sərbəst auditor fəaliyyəti göstərən Şərqiyyə Şəfəq 2020-ci ilin sentyabr ayında auditor xidmətinin göstərilməsi üçün 5 firma ilə müqavilə bağlayıb. Həmin ay sərbəst auditorun bağlanmış müqavilələr üzrə gəliri 1.600 manat, həmin dövr üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği 900 manat, məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri 700 manat, ona hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği 70 (700 x 10%) manat təşkil edir. Ölkə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün müəyyən edilmiş ən aşağı məcburi dövlət sosial sığorta haqqı məbləği 37,5 manat (250 x 15% = 37,5 manat) təşkil edir. Ona görə də 70 manat 37,5 manatdan çox olduğundan həmin şəxs hər ay 70 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 2:

Naxçıvan şəhərində fəaliyyət göstərən və vəkillər kollegiyasının üzvü olan Rəsul Qara 2020-ci ilin sentyabr ayında vəkillik xidmətinin göstərilməsi üçün 3 firma ilə müqavilə bağlayıb. Həmin ay vəkilin bağlanmış müqavilələr üzrə gəliri 800 manat, həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği 740 manat, məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri 60 manat, ona hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği 6 (60 x 10%) manat təşkil edir. Ölkə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün müəyyən edilmiş ən aşağı məcburi dövlət sosial sığorta haqqı məbləği 37,5 manat (250 x 15% = 37,5 manat) təşkil edir. Ona görə də 6 manat 37,5 manatdan az olduğundan həmin şəxs hər ay 37,5 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 3:

Bakı şəhərində sərbəst mühasib fəaliyyəti göstərən Şamil Sahil 2019-cu ilin sentyabr ayında mühasibat xidmətinin göstərilməsi üçün 4 firma ilə müqavilə bağlayıb. Həmin ay sərbəst mühasibin bağlanmış müqavilələr üzrə gəliri 2.000 manat, həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği 700 manat, məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri 1.300 manat, ona hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği 130 manat təşkil edir.

1.300 x 10% = 130 manat

Ölkə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün ən aşağı məcburi dövlət sosial sığorta haqqı məbləği 37,5 manat (250 x 15% = 37,5 manat) təşkil edir. Ona görə də 130 manat 37,5 manatdan çox olduğundan həmin şəxs hər ay 130 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Qeyd edək ki, Vəkillər Kollegiyasında və onun nəzdində olan hüquq məsləhətxanalarında işləyənlər və vəkillər kollegiyasının üzvü olmayanlar üçün əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi, hesablanmış əməkhaqqından 3 faiz miqdarında məcburi dövlət sosial sığorta haqqı Vəkillər Kollegiyası və onun nəzdində olan hüquq məsləhətxanaları tərəfindən ödənilir.

Fərqanə ALLAHVERDİQIZI

Mənbə: https://vergiler.az/news/taxes/10076.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!