Azərbaycanda müflisləşmək asanlaşdırıldı
2015-10-16 | İqtisadiyyat | 2767Azərbaycanda şirkətlərin və fiziki şəxslərin müflis elan edilməsi proseduru sadələşdirilib. Bu "Müflisləşmə və iflas haqqında" Qanuna edilən dəyişikliklərdə nəzərdə tutulur. Dəyişikliklərə əsasən müflisləşdirmə prosesinin müddəti bir neçə dəfə qısaldılıb. Eləcə də, bu proseslə bağlı bəzi qeyri-müəyyənliklər aradan qaldırılıb.
Beləliklə, qanunun 9-cu maddəsinə edilən dəyişikliyə görə, İflas haqqında iş üzrə məhkəmə baxışı təyin edildikdə, ərizə verən şəxs bu barədə kreditorlara xəbər verilməsi üçün məhkəməyə ən geci yeddi gün qalanadək bu barədə rəsmi mətbuatda iki dəfə elan verməlidir. Qeyd edək ki, elanda borclunun adı və ünvanı, ərizəçinin adı və ünvanı, işə hansı məhkəmədə və nə vaxt baxılacağı göstərilməlidir.
Qanunun 13-cü maddəsinə edilən dəyişikliyə görə isə, müflisləşmə prosedurlarına sərf edilən müddət kəskin azaldılıb. Belə ki, qanuna görə, borclunun müflis elan edilməsi barədə məhkəmə qərarından sonra əmlak inzibatçısı kreditorların ilkin yığıncağını çağırır. Əvvəllər bu yığıncaq məhkəmə qərarından sonra 1 ay müddətində keçirilməli idisə, dəyişikliklərdən sonra bu müddət 15 günə endirilib.
Yığıncaq barədə məlumat isə indiyədək iclasa 14 gün qalmış göndərilməli idisə, bundan sonra 7 gün qalmış göndəriləcək. Yığıncaq barədə mətbatda elan isə iclasa 7 gün yox, 3 gün qalmış yerləşdirilməlidir.
Qanunun 25-ca maddəsinə əsasən, müflisləşmə zamanı borclunun əmlakının bir hissəsi açıq hərrac yolu ilə satılmalıdır. Amma indiyədək bunun üçün müddət müəyyən edilməmişdi. Dəyişikliklərə görə isə borclunun əmlakının hərraca çıxarılması onun müflis elan edilməsindən uzağı 30 gün sonra başlamalıdır.
Hərracın özü də daha sürətlə keçiriləcək. İndiyədək olan varianta görə, hərracda qalib gələn alıcı əmlakın pulunu 14 gün ərzində ödəməli idi. Dəyişikliklərdən sonra isə bu müddət 7 günə endirilib.
Qanuna görə, kreditorlar borcluya öz tələblərini bu borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək verə bilərlər. Əmlak inzibatçısı bu tələbə azı 30 gün ərzində baxmalı idi. İndi isə bu müddət 10 günə endirilib.
Əmlak inzibatçısı tələblərin siyahısını 28 gün deyil, 7 gün ərzində hazırlamalıdır. Eləcə də bu tələblər barədə məhkəməyə 7 gün ərzində yox, 3 gün ərzində məlumat verir. Eləcə də məhkəmənin qərarından sonra 3 gün ərzində bu barədə kreditora məlumat verir.
Mənbə: http://www.marja.az

İqtisadiyyat bölümünün son xəbərləri |