Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi adlı layihənin icrası sona çatdı

2020-12-12 | İqtisadiyyat | 2748

2 iyun 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və müvafiq sahə üzrə ixtisaslaşmış QHT-lər üçün 4-ü dövlət qurumları ilə birgə keçirilməsi nəzərdə tutulan ikinci qrant müsabiqəsi elan olunmuşdur. Elan olunan qrant müsabiqəsinin qaliblərindən biri də Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) seçilmişdir.

Qeyd edək ki, ARPA Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə keçirilən qrant müsabiqəsinin qalibləri sırasından seçilmişdir və keçirilən qrant müsabiqəsində “Sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya riskləri və onların idarə edilməsi” adlı layihə ilə iştirak etmişdir.

ARPA tərəfindən həyata keçirilən layihənin icrası 2020-ci ilin oktyabr-dekabr tarixlərini əhatə etmişdir.

Layihənin əsas məqsədi Azərbaycanda xüsusi əhəmiyyət kəsb edən iqtisadi sferalarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin, xüsusilə KOS-ların dəstəklənməsi, onların fəaliyyətinin keyfiyyət və effektivliyinə nail olmaq və layihə çərçivəsində iştirakçıların sahibkarlıq fəaliyyətindən irəli gələn kommersiya risklərinin müəyyən edilməsi və idarə edilməsi ilə bağlı zəruri bilik və bacarıqlarının təkmilləşdirilməsi, müvafiq texnologiya və alətlərdən istifadə etməklə effektiv risk menecmentin tətbiqi ilə bağlı daha rəqabətədavamlı və iqtisadi inkişafa töhfə verəcək KOS-ların inkişafına təkan vermək idi. Qeyd olunan məqsədlərin reallaşdırılması üçün layihə çərçivəsində risk menecmentlə bağlı təlimlər keçirilmişdir. Bakı şəhəri və digər regionlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin cəlb olunduğu təlimlər 2 qrup əyani və 1 qrup onlayn formada olmaqla təşkil olunmuşdur.

Layihə çərçivəsində keçirilən təlimlərin birinci hissəsində bütün sessiyalarda iştirak edən şəxslərə sertifikatlar təqdim olunmuş, ikinci hissəsində isə sessiyalarda aktiv şəkildə iştirak edən iki sahibkarlıq subyekti seçilərək onlara ARPA tərəfindən konsaltinq xidməti göstərilmişdir. Konsaltinq xidməti zamanı sahibkarların qarşılaşdıqları müxtəlif problemlərlə daha yaxından tanış olunmuş və müxtəlif həll metodları vasitəsi ilə həmin problemlərin aradan qaldırılmasına töhfə verilmişdir.

Layihə ondan faydalanan şəxslərə risklərin idarə edilməsi sahəsində bilik və bacarıqlarının artırılması baxımından böyük fayda vermişdir. Xüsusilə, layihənin ikinci hissəsində sahibkarlara təqdim olunan konsaltinq xidməti zamanı risklərin öncədən qiymətləndirilərək idarə edilməsi istiqamətində və həmin risklərin yaratdığı problemlərin həllinə dair tövsiyələr verilmişdir.

Layihə həmçinin gələcəkdə sahibkarların qarşılaşdıqları risklər və risk menecmentlə bağlı tədbirlərin sistemli şəkildə həyata keçirilməsinin zəruriliyini ortaya çıxarmışdır. ARPA digər maraqlı qurumlarla əməkdaşlıq edərək bu istiqamətdə KOB subyektlərinə dəstək göstərilməsi üzrə fəaliyyətini gələcəkdə də davam etdirəcəkdir.

Mənbə:

İqtisadiyyat bölümünün son xəbərləri

2024-12-05 | İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib
2024-11-28 | Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirildi
2024-11-25 | Kartdan karta işləyən 150 sahibkara maliyyə sanksiyası tətbiq edilib
2024-11-24 | Dövlət Vergi Xidmətinin rəisi: Sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq
2024-03-19 | Nicat İmanov: Əsas hədəfimiz etibarlı vergi qurumuna çevrilməkdir
2023-11-07 | 2024-cü ildə Azərbaycanda yaşayış minimumunun məbləği məlum oldu
2023-11-03 | Qiymətli daşların və qiymətli metalların alışı hansı halda nağdsız qaydada həyata keçirilməlidir.
2023-10-27 | Mərkəzi Bankın səlahiyyəti artırılır
2022-11-02 | Arzu Hacıyeva: Yol xəritəsinin özəl sektor üçün geniş imkanlar yaradacağına inanıram
2022-10-21 | Azərbaycanın yeni iqtisadi inkişaf strategiyası və vergi islahatları

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!