Riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması asanlaşıb

2021-12-07 | Vergilər | 3455

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanını daha da asanlaşdırıb.

İndiyədək vergi ödəyicisi digər ödəyicinin riskli vergi ödəyiciləri siyahısında olub-olmadığı barədə məlumat əldə etmək üçün istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən “ASAN imza”) vasitəsilə İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olaraq "Riskli vergi ödəyicilərinin axtarışı" xidmətindən istifadə etməli idi. Artıq bu məlumatı www.e-taxes.gov.az saytının “Riskli vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsindən (https://www.e-taxes.gov.az/ebyn/risk/ linkinə keçid alaraq) açıq formada əldə etmək mümkündür.

Qeyd edək ki, yenilik riskli vergi ödəyicilərinin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Bu ilin mart ayından etibarən, riskli ödəyicilərlə bağlı məlumatların əldə edilməsi kommersiya (vergi) sirri hesab olunmur. Çünki hər hansı vergi ödəyicisinin belə ödəyicilərlə əməliyyatlar aparması onun özü üçün də risklərin yaranması deməkdir. Bu, həm səyyar vergi yoxlamalarının, həm də digər vergi nəzarəti tədbirlərinin keçirilməsinə əsas ola bilər.

Mənbə: https://www.taxes.gov.az/az/post/1692

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!