Vergi bəyannaməsi ilə bağlı yeni dəyişiklik sahibkarların işini asanlaşdırır
2022-04-13 | Vergilər | 3887Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən biri də mənfəət (gəlir) vergisi bəyannaməsinin təqdim edilməsi şərtləri ilə bağlıdır. Mövzunu “vergiler.az” üçün iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Vergi Məcəlləsinə əlavə edilmiş 72.4-1-ci maddə vergi ödəyicilərinin təqdim etdikləri vergi hesabatları ilə bağlı inqilabi dəyişiklik hesab oluna bilər. Həmin maddəyə əsasən, bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.
İlk olaraq Vergi Məcəlləsinin 163-cü maddəsində göstərilən halları, sonra isə misallarla vergi bəyannaməsinin təqdim edilməsi hallarını nəzərdən keçirək.
Məcəllənin 163.1-ci maddəsinə qeyd edilir ki, bu maddə aşağıdakı hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir:
- əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda;
- əməliyyatın xarakteri dəyişdikdə;
- qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; yaxud
- vergi ödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda.

Vergilər bölümünün son xəbərləri |