Dayə, repititor və müğənnilər üçün ayrıca vergi müəyyən oluna bilər
2015-11-19 | Vergilər | 3033Azərbaycanın Vergilər Nazirliyi ayrı-ayrı fəaliyyət növlərində vergiqoymanın fərdi yanaşmasının tətbiqini davam etdirmək niyyətindədir.
"Marja"nın məlumatına görə, vergilər nazirinin 1-ci müavini Natiq Əmirov bildirib ki, şou-biznes nümayəndələrinin, dayələrin, repititorların ödədikləri vergilər çox aşağıdır:
"Bir sıra sahələr var ki, oradan yığılan vergilər çox azdır. Həqiqətən vergidənyayınma halları var. Bura, şou-biznes, dayəlik, repititorluq və s. daxildir. Bu səhələrdə gəlir və xərclərin uçotundan yaranan vergiqoyma problemləri var. Biz 2 ildir bu problemi aradan qaldırmaq üçün layihə üzərində işləyirik. Hal-hazırda təklif olunan ən populyar təklif, belə şəxslər üçün bəlli, konkret bir rəqəm şəkilində verginin qoyulmasıdır. İstəyirik belə şəxsləri, onlar üçün ağır olan bəyannamə, xərc həissələrindən azad edək, onlardan bəlli miqdarda vergi alaq. Vaxtilə sərnişin (taksi, avtobus) və yükdaşıma fəaliyyəti üçün fərqlənmə nişanı tətbiq etik. Düşünürük, bəlkə belə bir sistem tətbiq edək. Yekun qərar hökumətdə verilməyib, amma müzakirələr gedir".

Vergilər bölümünün son xəbərləri |