Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-12-28 | Vergilər | 3467Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi məqsədilə hazırlanmış “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi və onunla əlaqəli digər normativ-hüquqi akt layihələri Milli Məclis tərəfindən 3-cü oxunuşda qəbul edilib. Ötən illərdə olduğu kimi, bu dəfə də Vergi Məcəlləsində edilmiş dəyişikliklərin əsas hədəf istiqamətləri sahibkarlıq fəaliyyəti subyektlərinin vergi yükünün optimallaşdırılması, sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli vergi güzəştləri ilə əhalinin vergi yükünün azaldılması, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsidir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.
Biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri dividendlər üzrə vergi dərəcəsinin aşağı salınması ilə bağlıdır. Məlum olduğu kimi, vergi qanunvericiliyində dividend gəlirləri üzrə bir sıra güzəştlər müəyyən edilib. Belə ki, 2019-cu il yanvarın 1-dən ƏDV ödəyicisi olmayan mikro sahibkarlıq subyekti hesab edilən rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir, mənfəət və sadələşdirilmiş vergidən azaddır. Bu azadolma müddətsizdir. Eyni zamanda, Vergi Məcəlləsinə əsasən, emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend gəlirləri də 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətinə gəlir vergisindən azad edilib. Həmin azadolmanın müddəti 2023-cü il fevralın 1-də bitib. Kapital bazarının inkişafı istiqamətində görülən tədbirlərin davamı olaraq, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində kütləvi təklif edilmiş, tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividendlər və faiz gəlirləri gəlir vergisindən azad olunub. Artıq 2023-cü ildən başlayaraq, Vergi Məcəlləsində dividendlər üzrə vergi güzəştlərinin məhz birjada olan səhmlərə münasibətdə tətbiqi kapital bazarlarının inkişafı istiqamətində hədəfli təşviq siyasətinin tətbiq edildiyini göstərir. Beləliklə, birjadakı səhmlər üzrə dividendlər də vergidən azad edilib.
2023-cü ildə Vergi Məcəlləsində edilmiş dəyişikliklər bu istiqamətdə vergi güzəştlərinin hədəf yönümlüyünün artırılmasına hesablanıb. Hazırkı vəziyyətdə müəssisələrin təsisçiləri (payçıları) əsas etibarilə kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin sahibləri deyil, digər iştirakçılardır. Bu baxımdan, dividendlər üzrə ödəmə mənbəyində vergi dərəcəsinin 10 faizdən 5 faizə endirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarının, büdcə təşkilatlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin dividend gəlirlərinə görə vergi azadolmasının ləğv olunaraq 5 faiz dərəcə ilə vergi tutulması istiqamətində Vergi Məcəlləsində dəyişiklik edilib.
Dividend gəlirləri üzrə verilmiş bu vergi güzəştləri vasitəsilə Azərbaycanın regionda əlverişli investisiya mühitinə malik ölkəyə çevrilməsinə təkan verilməsi, kapital bazarlarında səhmlərə investisiyanın təşviqi, kapital bazarı iştirakçısı olmayan investorlar üçün sabit vergi mühitinin formalaşmasına nail olunması və mərkəzi icra hakimiyyəti orqanlarının dividend gəlirlərinin vergiyə cəlb edilməsi ilə təsisçilərin (payçıların) mülkiyyət növündən asılı olmayaraq, hər bir iştirakçı üçün bərabər iqtisadi şəraitin yaradılması hədəflənir.
Mənbə: https://fed.az/az/vergiler/dividendler-uzre-vergi-derecesi-5-faize-endirilib-vi%CC%87deo-187234

Vergilər bölümünün son xəbərləri |