Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik

2024-01-25 | Vergilər | 4911

Vergi Məcəlləsində 1 yanvar 2024-cü ildən tətbiq edilən dəyişikliklərdən biri də torpaq vergisi bəyannaməsinin təqdim edilməsi ilə bağlıdır. Sərbəst auditor Altay Cəfərov dəyişikliyin mahiyyəti və hesabatların hazırlanma qaydalarını “vergiler.az”a şərh edir.

Torpaq vergisi bəyannaməsinin təqdim edilməsi ilə bağlı dəyişiklik nəticəsində müəyyən anlaşılmazlıqlar aradan qaldırılıb. Belə ki, 01.01.2024-cü ilədək torpaq vergisi bəyannaməsi ilə bağlı Vergi Məcəlləsinin 208.2-ci maddəsində göstərilirdi ki, torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına təqdim edirlər.

Maddədən görünür ki, torpaq vergisi bəyannaməsi cari il üçün həmin ilin may ayının 15-ə kimi təqdim edilməli idi. Məsələn, 2023-cü il üçün bəyannamə mayın 15-dək verilməli, yəni il tam başa çatmamış həmin ilin bəyannaməsi may ayına qədər təqdim edilməli idi. Bu da ümumi olaraq vergitutma və vergilərin hesablanmasında vergi ödəyiciləri üçün çətinliklər törədirdi. Artıq bu çətinlik aradan qaldırılıb.

Dəyişikliklərdən sonra Vergi Məcəlləsinin 208.2-ci maddəsində göstərilib ki, torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və hesabat ilindən sonrakı ilin yanvarın 31-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim edirlər.

Burada ən vacib məqam “.... hesabat ilindən sonrakı il....” ifadəsidir. Belə aydın olur ki, torpaq vergisinə görə hesabat ilinin bəyannaməsi növbəti ildə təqdim ediləcək. Yəni 2024-cü ilin torpaq vergisi bəyannaməsi artıq 15 may 2024-cü ilə kimi yox, 31 yanvar 2025-ci ilədək təqdim ediləcək. Yəni mənfəət vergisi, əmlak vergisi bəyannamələrinin təqdim edilməsi qaydalarına uyğun olaraq torpaq vergisi bəyannaməsi də il başa çatdıqdan sonra növbəti ilin 31 yanvarına kimi təqdim ediləcək.

Həmçinin, torpaq vergisi üzrə cari ödənişlər də normal olaraq qaydaya düşmüş olur. Bütün bunları sadə bir misal üzərində nəzərdən keçirək.

Misal:

Hesab edək ki, “AA” MMC-nin 2023-cü il üzrə torpaq vergisi bəyannaməsinə görə vergi məbləği 5.000 manat olub. Şirkət 2024-cü ilin may ayının 20-də Bakı şəhəri üzrə 1.000 kvadratmetr sənaye təyinatlı torpaq sahəsi alır. Həmçinin, iyul ayının 5-də 2.000 kvadratmetr tikinti təyinatlı torpaq sahəsini satır. Nəzərə alaq ki, yuxarı hissə üçün əmsal tətbiq edilmir. MMC-nin vergi hesablamaları və bəyannamə məlumatları necə olacaq?

Vergi Məcəlləsinin 208.5-ci maddəsinə əsasən, müəssisələr tərəfindən torpaq vergisi üzrə cari vergi ödənişləri 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bərabər məbləğlərdə ödənilir. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/2 hissəsini təşkil edir.

Deməli, 2024-cü ilin 15 avqust tarixinə kimi 2.500 manat cari torpaq vergisi borcu kimi və 15 noyabradək 2.500 manat cari torpaq vergisi kimi şəxsi vərəqəyə yazılacaq və şirkət bunları ödəməlidir.

Yeni dəyişikliyə görə, Vergi Məcəlləsinin 208.5-2-ci maddəsində yazılıb:

208.5-2. Vergi ödəyicisinin hesabat dövründə torpaq sahəsinə mülkiyyət hüququ, habelə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan icarə və ya digər əsaslarla istifadə hüququ yarandıqda və ya bu hüquqa xitam verildikdə, həmin torpaq sahəsinə münasibətdə vergi məbləğinin hesablanması bu torpaq sahəsinin vergi ödəyicisinin mülkiyyətinə (icarə və ya digər əsaslarla istifadəsinə) keçdiyi aydan sonrakı aydan etibarən mülkiyyətində (icarə və ya digər əsaslarla istifadəsində) olduğu ayların sayına mütənasib olaraq aparılır.

Deməli, 20 may 2024-cü ildə alınan və 5 iyulda satılan torpaq sahəsinin hesablanması aşağıdakı kimi olacaq:

Alınan 1.000 kv.m torpaq sahəsinin vergisi:

(1000 : 100) x 10)) :12 x 6 = 50 manat olacaq.

Satılan 2.000 kv.m torpaq sahəsinin vergisi: (avqust-dekabr dövrü üçün)

((2000 : 100) x 10)) : 12 x 5 = 83,33 manat.

Satılan torpaq sahəsinin vergisi 83,33 manat azaldılacaq.

Son nəticə olaraq, 2024-cü ilin torpaq vergisi bəyannaməsində aşağıdakı kimi rəqəm görünəcək:

(5000 + 50 - 83,33) = 4.966,67 manat.

Bundan əlavə, Vergi Məcəlləsində yeni dəyişikliklə əlavə edilmiş müddəaya əsasən, torpaq vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir. Torpaq vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Odur ki, 31 yanvar 2025-ci il tarixinə kimi torpaq vergisi bəyannaməsində 4.966,67 manat yazılmaqla təqdim edildikdən sonra 2024-cü il üçün cari məbləğ kimi hesablanmış və ödənilmiş 5000 manat 33,33 manat qədər azalacaq və şəxsi vərəqədə 33,33 manat artıq ödəmə kimi görünəcək.

Mənbə: https://vergiler.az/news/opinion/27768.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!