Azərbaycanda vergi yükü 40%-dən azdır
2015-11-25 | İqtisadiyyat | 2775Dünya Bankı və beynəlxalq auditor şirkəti tərəfindən hazırlanmış "Paying Taxes 2016" icmalında Azərbaycan 34-cü yeri tutub.
Bir il əvvəl Azərbaycan bu icmalda 33-cü sırada dayanırdı.
Auditor şirkətinin saytında dərc edilmiş icmala əsasən, 189 ölkənin iqtisadiyyatının qiymətləndirilməsi aparılıb.
DB və PwC-nin qiymətləndirməsinə əsasən, Azərbaycanda vergi yükü 39,8% (bir il əvvəl 40% idi) təşkil edir.
"Bu göstərici Mərkəzi Asiya və Şərqi Avropanın göstəricisindən (35,2%) yüksək, dünyadakı orta səviyyədən (40,8%) aşağıdır. Vergi yükünün böyük hisssəsini gəlir vergisi və sosial ödənişlər təşkil edir. Region üçün bu göstərici 53%, dünya üçün 40% təşkil edir",- deyə hesabatda qeyd edilir.
İcmala əsasən, Azərbaycanda hər il vergiödəyicilərinə vergi ödəmək üçün 195 saat ( ötən ilin göstəricisinə uyğun gəlir), orta hesabla 7 ödəniş etmək lazım gəlir ( dəyişməyib).
"Dünya üzrə zaman xərci 264 saat, region üzrə 247 saat təşkil edir, regionda 21,2, dünyada 25,6 vergi ödənişi həyata keçirilir",- deyə hesabatda bildirilir.

İqtisadiyyat bölümünün son xəbərləri |