Yanvarın 1-dən kassa çeklərində nələr dəyişəcək?
2015-12-11 | Vergilər | 3375Vergi Məcəlləsinə edilən dəyişikliklər təkcə vergilərin faiz dərəcəsinə və ödənilmə üsullarına yox, həm də bu sahədəki sənədləşdirmə məsələlərinə də aiddir. Maraqlı dəyişikliklərdən biri də kassa çeklərinə aiddir. İqtisadçı ekspert Qalib Toğrul gələn il kassa çeklərində baş verəcək dəyişiklikləri izah edir:
"Əvvəlcə Vergi Məcələsinin hazırkı tələblərinə nəzər salaq. Hazırda Verği Məcəlləsinin tələblərinə uyğun olaraq nəzarət-kassa aparatının çeklərində mütləq aşağıdakı məlumatlar olmalıdır:
- vergi ödəyicisinin adı;
- VÖEN-i;
- çekin vurulmasının tarixi və saatı;
- obyektin adı və yerləşdiyi ünvan;
- malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ;
- gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
- nəzarət-kassa aparatının markası və zavod nömrəsi;
- nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti).
Ancaq çox təəssüf ki, hətta kassa aparatlarından istifadə etməyə borclu olan əksər böyük ticarət və ictimai iaşə obyektlərində belə bu tələblərə əməl olunmur. Hazırda əksər hallarda kassa çeklərində vergi ödəyicisinin adı, VÖEN-i göstərilsə də, tələb olunan tam məlumatlar olmur.
Bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, böyük supermarketlərdə alıcılara təqdim edilən malların adı, miqdarı və yekun məbləği əks olunmuş sənəd kassa çeki deyil, qaimədir. Bu sənəd kassa çekini əvəz edə bilməz. Kassa çeklərində müvafiq məlumatların olmasını vergi ödəyicilərinin istəyi ilə nəzarət-kassa aparıtını quraşdıran firma təmin edə bilər.
Vergi Məcəlləsinə yeni dəyişikliklərdən sonra artıq kassa çeklərində yekun məbləğlə yanaşı vergi ödəyicisinin ƏDV və ya sadələşdirilmiş vergi ödəyicisi olmasından asılı olaraq ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləğinin göstərilməsi tələbi qoyulub.
Vergi ödəyicilərini bu məsələdə diqqətlə olmağa çağırıram. Vergi ödəyicilərinin diqqətinə çatdırıram ki, bu məsələ vergi orqanlarının operativ vergi nəzarəti tədbirləri çərçivəsində yoxlanılır və belə yoxlamalar qanunvericiliyə müvafiq olaraq vergi ödəyicisinə əvvəlcədən xəbər verilmədən vergi orqanının qərarı ilə həyata keçirilir. Dəyişiklik 1 yanvar 2016-cı ildən qüvvəyə minir".
Mənbə: http://fins.az/budce/892555/Yanvarin_1_den_kassa_cheklerinde_neler_deyisecek.html

Vergilər bölümünün son xəbərləri |