Azərbaycanda elektron ödəniş xidmətləri haqqında qanun layihəsi hazırlanaraq hökumətə təqdim edilib
2013-09-24 | İqtisadiyyat | 2842Azərbaycanda dünya standartları ilə müqayisədə nağdsız ödənişlər hələ də qaneedici səviyyədə deyil.
Bu barədə Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev bildirib.
Onun sözlərinə görə, plastik kartlarla əməliyyatların həcmində 90%-dən çox nağd pulların çıxarılmasının payına düşüb: "Son vaxtlar nağdsız ödənişlərin inkişafı istiqamətində ciddi addımlar atılıb və ilk növbədə burada Hökumət Ödəniş Portalın yaradılmasını qeyd etmək olar".
Xatırladaq ki, bu portal vasitəsilə bütün büdcə ödənişləri həyata keçirilir. Portala vergi, rüsum, ödəniş və cərimələri yığan qurumlar qoşulub.
A.Quliyev bildirib ki, eyni zamanda bir sıra addımlar da atılmalıdır. Artıq Mərkəzi Bank tərəfindən milli ödəniş sisteminin inkişafına dair proqram və nağdsız ödənişlərin genişləndirilməsi üzrə təklif paketi, elektron ödəniş xidmətləri haqqında qanun layihəsi hazırlanaraq hökumətə təqdim edilib. A.Quliyevin fikrincə, bu qanun ölkədə ödəniş sistemləri, nağdsız ödənişlərin inkişafında böyük rol oynayacaq. Qanunda nağdsız ödənişlərin stimullaşdırılmasına yönəldilən müddəalar, nağd ödənişləri məhdudlaşdırıcı tədbirlər nəzərdə tutulur. Ödəniş xidmətlərini həyata keçirən qurumlar xüsusi lisenziyalaşdırılacaq ki, Mərkəzi Bankın fikrincə, burada tətbiq edilən normativ, tələblər və s. sahənin inkişafına dəstək verəcək. Qanunda həmçinin ölkədə elektron pulların tətbiqi məsələsi öz əksini tapıb.
Qeyd edək ki, sözügedən sənədlərin ilin sonuna kimi qəbul edilməsi gözlənilir.
Mənbə: www.apa.az

İqtisadiyyat bölümünün son xəbərləri |