Qumar uduşlarından vergi tutulmayacaq

2016-11-01 | Vergilər | 2782

Milli Məclisin plenar iclasında "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən məcəllənin 99.3.12, 101.5, 125.1.8, 150.1.10 və 150.3-2-ci maddələri ləğv edilir.

Dəyişikliklərdə qanunun 99.3.12-ci maddəsi ləğv edilməsi öz əksini tapıb. Bu dəyişikliyə əsasən idman mərc oyunlarından əldə edilən uduşlar muzdlu işə aid olmayan fəaliyyətdən gəlir hesab olunmayacaq.

Bundan başqa, məcəllənin 101.5-ci maddəsinin ləğv edilməsi təklif edilir ki, bu da özündə idman mərc oyunlarından əldə edilən uduşlardan 10% dərəcə ilə verginin tutulmamasını özündə ehtiva edir.

İdman mərc oyunlarından əldə edilən uduşlara görə qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulmayacaq. Dəyişikliyə müvafiq olaraq idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxs ödəmə mənbəyində vergini tutmağa borclu sayılmayacaq.

Dəyişikliklərdə Məcəllənin 150.3-2 maddəsinin ləğvi nəzərdə tutulur. Başqa sözlə, idman mərc oyunlarından əldə edilən uduşlardan vergi tutulmayacağı təqdirdə idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxs gəlir vergisi hesablamayacaq. Buna görə də, dövlət büdcəsinə köçürmə etməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə ehtiyac qalmayacaq.

Dəyişikliklərdə "Bədən tərbiyəsi və idman haqqında" qanunun 53-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarından əldə edilən uduşlara görə fiziki şəxslər gəlir vergisindən azad edilməsi də nəzərdə tutulur.

Layihə səsə qoyularaq qəbul olunub.

Mənbə: http://marja.az/2016/10/26/i-built-an-app-that-does-triangulation-of-points-on-the-earth/

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!