Parlament Vergi Məcəlləsinə 200-dən çox dəyişikliyi qəbul edib
2016-12-16 | Vergilər | 3808"Vergi Məcəlləsinə dəyişiklik ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutur". "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Onun sözlərinə görə, Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur: "Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir".
Vergi Məcəlləsində edilən bəzi dəyişikləri qeyd edək
Aqrar məhsulların pərakəndə satışı ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq
Kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən tutulacaq. Vergilər naziri Fazil Məmmədovun sözlərinə görə, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olanlardan ƏDV ticarət əlavəsindən, yəni malların satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərqdən tutulacaq: "Bilirsiniz ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları 1996-cı ildən torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olunub. Həmin məhsullar ticarət şəbəkələrində pərakəndə qaydada satılarkən digər məhsullarda olduğu kimi bu məhsulların da tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilirdi. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq ƏDV tutulan əməliyyatların dəyəri vergi ödəyicilərinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı və yaxud almamağa hüququ olduğu haqda ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir. Vergi Məcəlləsində ƏDV-nin tutulan əməliyyatların dəyərinin müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığından ticarət şəbəkələri satış üzrə ümumi dövriyyədən ƏDV hesablamalı olurdular. Bu da pərakəndə satışda bahalaşmaya səbəb olurdu. Qeyd olunanları nəzərə alaraq, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədi ilə pərakəndə ticarətlə məşğul olan sahibkarlardan ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının satışı zamanı həmin məhsullardan ƏDV satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərqdən tutulacaq".
Ödəmə qabiliyyətini itirmiş banklar ƏDV-dən azad oluna bilər
Ödəmə qabiliyyətini itirmiş bankların, restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək, toksik aktivlərin təqdim edilməsinin 2017-ci ilin yanvar ayının 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Bəzi səhiyyə qurumlarının gəlirləri mənfəət vergisindən azad olunur
İcbari tibbi sığorta və səhiyyə, tibb xidmətləri göstərən səhiyyə qurumlarının gəlirlərinin mənfəət vergisindən müddətsiz azad edilməsi nəzərdə tutulur.
Unla çörəyin istehsalı və satışı və quş ətinin satışı 3 il ƏDV-dən azad olunur
Qanun layihəsində buğdanın idxalı və satışı ilə yanaşı buğda unu və çörəyin istehsalı və satışının da 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu ilin yanvarın 1-dən buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı 1 il müddətinə ƏDV-dən azad edilmişdi. Məcəlləyə dəyişikliklə bağlı qanun layihəsi qəbul olunarsa, buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışının ƏDV-dən azadolma müddəti daha 3 il artırılacaq.
F.Məmmədov onu da qeyd edib ki, Azərbaycanda quş ətinin satışı 3 il müddətinə ƏDV-dən azad ediləcək.
Fiziki şəxslərin əmanəti üzrə ödənilən faiz gəlirlərinin gəlir vergisindən azadolma müddəti uzadılır
Layihəyə əsasən banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin, diskont istiqrazlarının nominatdan aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 5 ilə qədər, yəni 2021-ci ilin fevral ayınadək artırılır.
Lüks avtomobillər üçün aksiz dərəcəsi artırılır
Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə görə aksiz dərəcəsi artırılır.
Qanun layihəsinə əsasən, mühərrikin həcmi 2000 kubsantimetrədək olan minik avtomobilləri üçün aksiz dərəcəsi dəyişməyib.
Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 400 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 3 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 400 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 1,5 manat aksiz dərəcəsi ödənilirdi.
Mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 3400 manat və əlavə olaraq mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 1900 manat və əlavə olaraq mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi ödənilirdi.
Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 11400 manat və əlavə olaraq mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 20 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 5900 manat və əlavə olaraq mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi ödənilirdi.
Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 31400 manat və əlavə olaraq mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə 40 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 13900 manat və əlavə olaraq mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi ödənilirdi.
İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrin mühərrikinin həcminin hər kubsantimetrinə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib. Buna qədər belə avtomobillərin idxalı zamanı 3 manat aksiz dərəcəsi ödənilirdi.
Bəzi fəaliyyət növləri sadələşdirilmiş vergiyə cəlb edilir
Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olmaq hüququna malikdir.
Onun sözlərinə görə, bu fəaliyyət növləri üzrə fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ, yəni 30 manat ödəyəcəklər.
Bundan başqa, fərdi foto, audio-video xidmətləri ( foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 30 manat ödəyəcək.
Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan çəkməçi, pinəçilər isə sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 5 manat ödəyəcək.
Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, eləcə də fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə qocalara və uşaqlara qulluq xidməti, dayə fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlərlə məşğul olanlar sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 10 manat ödəyəcək.
Naqqaşlıq emalatxanalarının fəaliyyəti üzrə fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ olaraq 20 manat ödəyəcək.
Bütün bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1,5, Abşeron rayonun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 0,5 əmsalları tətbiq edilməklə müəyyən edilir.
Elektron qaimə-fakturalar tətbiq ediləcək.
"Ölkəmizdə mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi sahəsində mövcud vəziyyətin təhlili göstərir ki, qaimə-fakturaların kağız formasında tətbiqi bir sıra problemlərə və nəticə etibarı ilə vergidən yayınma hallarına şərait yaradır" Fazil Məmmədov deyib.
Onun sözlərinə görə, bunun qarşısının alınması məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər ediləcək. Nazir əlavə edib ki, layihəyə sahibkarlıq fəaliyyəti subyektləri arasında malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturanın təqdim olunması barədə müddəalar daxil edilib: "Eyni zamanda malların alışını təsdiq edən qaimə-faktura, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdiyinə görə alınmış malların 10%-i, ikinci dəfə yol verdiyinə görə 20%-i, üç və daha çox dəfə yol verdiyinə görə 40%-i miqdarında maliyyə sanksiyasının tətbiq olunmasını nəzərdə tutan maddə əlavə edilib".
Qanun layihəsinə ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 1 aprel 2017-ci il tarixdən, bütün digər vergi ödəyiciləri tərəfindən isə 1 yanvar 2018-ci il tarixdən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməsi ilə bağlı keçid müddəa daxil edilib.
F. Məmmədov qeyd edib ki, bu dəyişiklik sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşməsi prosedurunun sadələşməsinə, operativliyinin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmin edilməsinə xidmət edir.
Vergiləri könüllü açıqlayanlara maliyyə sanksiyası tətbiq edilməyəcək.
"Məlum olduğu kimi, vergi ödəyicilərində aparılan səyyar vergi yoxlamalarının başa çatmasına baxmayaraq vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda növbədənkənar vergi yoxlaması keçirilə bilər. Bu zaman keçirilən vergi yoxlaması ilə büdcədən yayındırılmış vergi məbləğləri dövlət büdcəsinə bərpa edilməklə, həmin yayındırılmış məbləğə 50% miqdarında maliyyə sanksiyası tətbiq edilir. Məcəlləyə təklif edilən könüllü vergi açıqlaması ilə bağlı müddəaların tətbiqi vergi ödəyicilərini belə sanksiyalardan azad edəcək", - deyə F.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, könüllü vergi açıqlaması vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama ilə aşkar olunmamış səhvlərin, o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması hallarının vergi ödəyicisi tərəfindən könüllü olaraq bəyan edilməsini nəzərdə tutur: "Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər təklif edilir ki, bu da vergi ödəyicisinə könüllü vergi açıqlaması barədə səyyar vergi yoxlamasının əhatə etdiyi dövrlərə görə bəyannamə verilməsi hüququnu verir. Həmin bəyannamə ilə könüllü açıqlanmış vergi məbləğlərinə görə vergi ödəyicisinə faiz hesablanmır və maliyyə sanksiyası tətbiq edilmir. Məlumat üçün bildirim ki, analoji müddəalar ABŞ, əksər Avropa ölkələrinin, qardaş Türkiyənin qanunvericiliyində öz əksini tapıb".
Bəyannaməsi təqdim ediləndən 30 gün sonra yenidən kameral yoxlama aparılmayacaq.
"Qüvvədə olan qanunvericiliyə görə kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Vergi ödəyiciləri tərəfindən müvafiq sənədlərin vaxtında təqdim edilməməsi və ya ümumiyyətlə sənədləşmənin aparılmaması bəzən kameral qaydada keçirilən vergi yoxlamalarının müddətinin uzadılması ilə nəticələnir. Belə halların aradan qaldırılması məqsədilə ölkə başçısı tərəfindən kameral vergi yoxlamalarının konkret olaraq verilmiş bəyannamələr əsasında 30 gün ərzində başa çatdırılması tapşırılıb".
Layihəyə kameral vergi yoxlamasının vergi bəyannaməsinin təqdim edildiyi vaxtdan 30 iş günü müddətində həyata keçirilməsini və bu müddət başa çatdıqdan sonra həmin bəyannamə üzrə yenidən kameral vergi yoxlamasının keçirilməsini qadağan edən müddəalar daxil edilib: "Məlumat üçün bildirim ki, sərəncamın icrasından irəli gələrək vergi orqanlarında risklərin avtomatlaşdırılmış qaydada emalı sisteminin tətbiqinə başlanılıb ki, bu da bəyannamələrin 30 gün müddətində kameral qaydada yoxlanılmasına imkan verəcək. Vergi ödəyicisi tərəfindən bəyannamə təqdim edildiyi tarixdən 30 gün sonra vergi orqanları tərəfindən aşkar olunmuş hər hansı uyğunsuzluq barədə vergi ödəyicisində kameral yoxlama keçirilmədən ona həmin uyğunsuzluq barədə 5 iş günü ərzində bildirişin göndərilməsi də vergi ödəyicilərinin hüquqlarının qorunmasına xidmət edir".
Elektron ticarət vergiyə cəlb edilir.
Nazir əlavə edib ki, bu məqsədlə Vergi Məcəlləsində dəyişikliklə bağlı qanun layihəsi hazırlanıb: "Elektron ticarət haqqında” qanun layihəsi elektron ticarətin əhatə dairəsinin genişləndirilməsini, elektron ticarətin əsas iştirakçılarından olan kart təşkilatının, təcrübədə geniş tətbiq edilən pul kisəsinin anlayışını, habelə elektron ticarətin iştirakçısı olan satıcıya dair tələbləri müəyyən edən normaları özündə ehtiva edir".
F. Məmmədov qeyd edib ki, Vergi Məcəlləsinə də rəqəmsal iqtisadiyyat çərçivəsində aparılan əməliyyatların vergiyə cəlb edilməsinin işlək mexanizmini müəyyən edən müddəaların əlavə edilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, layihəyə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV-nin alıcısının olduğu yerdə vergiyə cəlb edilməsi ilə bağlı müddəa da daxil edilib.
"Həmin müddəalara əsasən vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən yerli bank, xarici bankın Azərbaycandakı filialları və ya poçt rabitəsinin milli operatoru tərəfindən qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı, alıcının vəsaiti hesabına tutulmalı və büdcəyə ödənilməlidir. Beləliklə qeyd edilən dəyişikliklə elektron ticarət aparan vergi ödəyicilərinə şəffaf nəzarətin təmin edilməsinə, rezident və qeyri-rezident elektron ticarət iştirakçıları arasında diskriminasiyanın aradan qaldırılmasına nail olunacaq", - deyə nazir qeyd edib.
Torpaq sahələrinin satışı sadələşdirilmiş vergiyə cəlb olunur.
Nazir bildirib ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur: "Məlum olduğu kimi, qüvvədə olan qanunvericiliyə əsasən torpaq sahələrinin satışı ümumi qaydada mənfəət və gəlir vergisinə cəlb edilir. Bu əməliyyatların rəsmiləşdirilməsi zamanı qiymətlərin düzgün göstərilməməsi, alış və xərc sənədlərinin olmaması bu torpaqları təqdim edən şəxsin vergi öhdəliyinin dəqiq müəyyən edilməsində çətinliklər yaradır. Bu məqsədlə torpaq sahələrinin sadələşdirilmiş qaydada vergiyə cəlb edilməsini nəzərdə tutan müddəalar layihəyə daxil edilib".
Ofşorlarda əməliyyatlardan əldə edilən gəlirlər vergiyə cəlb ediləcək.
"Vergi Məcəlləsinin 14-cü maddəsi vergitutma məqsədləri üçün tərəflər arasında aparılan əməliyyatda malların (işlərin, xidmətlərin) bazar qiymətinin müəyyən edilməsini tənzimləyir. Bu maddənin mövcud redaksiyası rezident vergi ödəyicisinin ölkə hüdudlarından kənarda təsis edilmiş vergi ödəyiciləri ilə apardıqları əməliyyatlarda gəlir və xərclərinin düzgün bölüşdürülməsinə nəzarət etməyə imkan vermir. Belə halların qarşısının alınması məqsədilə ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı (ofşor) hesab edilən dövlətlərdə və ya ərazilərdə, təsis edilmiş şəxslərlə həyata keçirilən əməliyyatlar üzrə əldə edilən gəlirlərin transfer qiymətləri tətbiq edilməklə vergiyə cəlb edilməsi üçün layihəyə müvafiq maddələr daxil edilib", - deyə nazir vurğulayıb.
F. Məmmədov əlavə edib ki, layihədə transfer qiymətlərinin təqvim ili ərzində yuxarıda qeyd edilən hər bir şəxs üzrə ümumi dəyəri 500 000 manatdan artıq olan əməliyyatlara tətbiq edilməsi nəzərdə tutulub: "Qanun layihəsinə bu istiqamətdə dəyişiklik hazırlanarkən, İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının (OECD-nin) tövsiyələri öyrənilib, beynəlxalq ekspertlərin rəyləri nəzərə alınıb. Transfer qiymətqoyma Avropa İttifaqına daxil olan ölkələrdə, Amerika Birləşmiş Ştatlarında və sair dövlətlərdə tətbiq olunur".
Bundan başqa, güzəştli vergi tutulan ölkələrdə aparılan əməliyyatlara nəzarət mexanizmi qurulacaq. Bununla bağlı da Vergi məcəlləsinə dəyişiklik təklif olunur.
"Prezident İlham Əliyevin sərəncamı ilə vergi orqanlarına Azərbaycan Respublikası rezidentlərinin güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə (ofşor zonalarda) yaradılmış müəssisələrlə əməliyyatlarına səmərəli nəzarət mexanizmlərinin qurulması tapşırılıb. Bu mexanizmlərin tətbiqində məqsəd ofşorlarda yaradılmış müəssisələr vasitəsilə müxtəlif sxemlərdən istifadə edərək gəlir və mənfəətlərini Azərbaycan Respublikasında vergidən yayındıran şəxslərin müəyyənləşdirilməsi və həmin əməliyyatların qanunvericiliyə müvafiq qaydada vergiyə cəlb edilməsini təmin etməkdən ibarətdir", - deyə nazir vurğulayıb.
F. Məmmədov qeyd edib ki, bu məqsədlə layihəyə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycandakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərin Azərbaycan mənbəyindən gəlirlərə aid edilməsini və həmin ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə verginin tutulmasını nəzərdə tutan müddəalar daxil edilib: "Bu dəyişiklik beynəlxalq təcrübədə tətbiq olunan, vergi sığınacaqlarına köçürülərək vergidən yayındırılan gəlirlərlə mübarizə sahəsində atılan addımlardan biridir. Analoji müddəalar Latviya, Estoniya, Qazaxıstan və Gürcüstan kimi ölkələrin qanunvericiliyində nəzərdə tutulub".
Mənbə: www.apa.az

Vergilər bölümünün son xəbərləri |