Yanvarın 1-dən istifadəsiz torpaqlara görə yeni vergi dərəcəsi tətbiq ediləcək
2016-12-23 | Vergilər | 2600Kənd Təsərrüfatı Nazirliyi "Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının müəyyən edilməsi meyarları və Qaydası" layihəsini hazırlayıb.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, meyarlar və qayda kənd təsərrüfatı torpaqlarına tətbiq ediləcək vergi dərəcəsini müəyyənləşdirmək üçün hazırlanıb.
2017-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı torpaqlarına yeni vergi dərəcəsi tətbiq ediləcək. Vergi Məcəlləsində prezidentin 6 may 2016-cı il tarixli fərmanı ilə edilmiş dəyişikliklərə əsasən, torpaq sahibləri istifadəsiz kənd təsərrüfatı torpaqlarının hər 100 kvadrat metrinə görə 1 manat məbləğində vergi ödəyəcəklər.
"Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanuna görə, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manatdır. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanının - Kənd Təsərrüfatı Nazirliyinin təsdiqlədiyi qayda və meyarlar əsasında müəyyən edilir.
Mənbə: http://www.apa.az

Vergilər bölümünün son xəbərləri |