Azərbaycanda kənd təsərrüfatı istehsalçıları növbəti 5 ilə vergilərdən azad ediləcəklər

2013-10-31 | Vergilər | 499

Azərbaycanda kənd təsərrüfatı istehsalçıları növbəti 5 ilə vergilərdən azad ediləcəklər.

Milli Məclisinin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" qanuna dəyişikliklər müzakirə olunub.

Layihə barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, layihəyə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan ( o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 2014-cü il yanvarından 1-dən başlayaraq 5 il müddətinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi və fiziki şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmək vergisini ödəməkdən azaddırlar.

Maddənin mövcud variantında bu "2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə" kimi qeyd olunub.

İclasda çıxış edən Milli Məclisin Aqrar qanunvericilik şöbəsinin müdir müavini Şahmərdan Kərimov bildirib ki, Azərbaycanda 2001-ci ildən fermerlərə tətbiq olunan vergi güzəştləri nəticəsində 1,4 milyard manat vəsait fermerlərə qalıb. Bu müddət ərzində kənd təsərrüfatı istehsalının həcmi 1,2 milyard manatdan 4,8 milyard manatadək artıb.

Ş.Kərimov həmçinin əlavə edib ki, kənd təsərrüfatı sahəsində xüsusən quşçuluq, istixana, emal müəssisələrinin inkişafı baş verib: "Artıq Azərbaycan quş əti istehlakçısı deyil və öz tələbatını təmin edir. Yaxın gələcəkdə bu sahədə ixracatçı potensialı əldə edəcək. Ötən müddət ərzində quş əti istehsalı 3,7 dəfə artaraq 2012-ci ildə 89,3 min ton təşkil edib".

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mənbə: www.biznesinfo.az

Vergilər bölümünün son xəbərləri

2020-07-04 | Zərərlərin növbəti ilin gəlirləri hesabına kompensasiya edilməsi
2020-07-03 | Korporativ sosial məsuliyyət xərclərinin vergidən azadolunma meyarları
2020-07-01 | Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı mübarizə sahəsində vergi orqanlarına dəstək Tvinninq layihəsi başa çatıb
2020-06-22 | Taksi fəaliyyətinə görə ödənilən vergilərdə artım olubmu?
2020-06-22 | Zəruri ərzaq məhsullarının ƏDV-dən azad edilməsi
2020-06-19 | Riskli vergi ödəyicilərinə qarşı yoxlama və nəzarət tədbirləri
2020-06-21 | AR Vergi Məcəlləsində, Qiymətləndirmə fəaliyyəti haqqında və İcra məmurları haqqında AR qanunlarında dəyişiklik edilməsi barədə AR Qanunu
2020-06-16 | Vergi güzəştlərindan faydalanmaq üçün ilkin şərt intizamdır
2020-06-08 | ƏDV qeydiyyatında olan vergi ödəyiciləri üçün daha bir yenilik
2020-06-04 | Sahibkarlıq subyektləri üçün vergi güzəştləri və tətilləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!