Vergi Məcəlləsinə qəbul edilən bütün dəyişikliklər.

2016-12-24 | Vergilər | 3856

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 8, I kitab, maddə 583; 2001, N 7, maddə 454, N 9, maddə 576, N 12, maddə 734; 2002, N 5, maddə 249, N 12, maddə 707; 2003, N 8, maddə 425, N 12, I kitab, maddə 671; 2004, N 1, maddə 1, N 11, maddə 887, N 12, maddə 980; 2005, N 2, maddə 61, N 8, maddə 688, N 12, maddə 1081; 2006, N 12, maddələr 1005, 1026; 2007, N 1, maddə 4, N 6, maddə 597, N 8, maddə 745, N 11, maddə 1053, N 12, maddə 1192; 2008, N 7, maddə 602, N 11, maddə 960; 2009, N 7, maddə 506; 2011, N 1, maddə 14, N 7, maddələr 588, 603, N 12, maddə 1115; 2012, N 6, maddələr 500, 513, N 7, maddə 652, N 9, maddə 841, N 12, maddə 1226; 2013, N 2, maddə 91, N 4, maddə 366, N 11, maddə 1278, N 12, maddələr 1483, 1486, 1495; 2014, N 2, maddələr 94, 98, N 7, maddə 770, N 8, maddə 957, N 10, maddə 1158, N 12, maddə 1525; 2015, N 1, maddə 11, N 12, maddə 1433; 2016, N 2, I kitab, maddə 207, N 3, maddələr 396, 402, N 5, maddə 848, N 6, maddələr 973, 974, N 7, maddə 1245, N 10, maddə 1603) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 12.3-cü maddədə "dəyəri" sözündən sonra ", ticarət əlavəsi" sözləri əlavə edilsin;

1.2. 13-cü maddə üzrə:

1.2.1. 13.2.12-ci maddənin mətni ikinci abzas hesab edilsin və aşağıdakı məzmunda birinci abzas əlavə edilsin:

"Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur.";

1.2.2. aşağıdakı məzmunda 13.2.16.14-1-ci maddə əlavə edilsin:

"13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər;";

1.2.3. 13.2.49-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.2.49-1-ci və 13.2.49-2-ci maddələr əlavə edilsin:

"13.2.49-1. vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar – gələcəkdə həyata keçiriləcək vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin vergi orqanı tərəfindən əvvəlcədən müəyyən edilməsini təsdiq edən bu Məcəllənin 77-1-ci maddəsində nəzərdə tutulan sənəd;

13.2.49-2. könüllü vergi açıqlaması – səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsi;";

1.2.4. 13.2.59-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.2.60 – 13.2.71-ci maddələr əlavə edilsin:

"13.2.60. kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi;

13.2.61. kənd təsərrüfatı məhsullarının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi:

13.2.61.1. istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir;

13.2.61.2. bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir;

13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;

13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;

13.2.64. ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərq;

13.2.65. transfer qiyməti – bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şərtlər daxilində həyata keçirilən və müqayisə edilə bilən əməliyyatlarda təsbit olunan qiymətlərin cəminin, həmin əməliyyatların sayına bölünməsi yolu ilə müəyyən edilən orta qiymət, habelə bu Məcəllənin 14-1-ci maddəsinə əsasən müəyyən edilən qiymət;

13.2.66. maliyyə institutu – bu Məcəllənin məqsədləri üçün aşağıdakı fəaliyyətlərdən ən azı birini həyata keçirən vergi ödəyicisi:

13.2.66.1. bank fəaliyyəti;

13.2.66.2. həyatın yığım sığortası və (və ya) annuitet sığortası fəaliyyəti;

13.2.66.3. depozitar fəaliyyəti – bu Məcəllənin məqsədlərinə uyğun olaraq, depozitar dedikdə, fəaliyyətinin əhəmiyyətli hissəsini digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılmasını təşkil edən hüquqi şəxs nəzərdə tutulur. Müəssisənin aşağıdakı müddətlərdən daha az olan müddət ərzində digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılması və əlaqədar maliyyə xidmətlərinin göstərilməsi fəaliyyətindən əldə etdiyi mənfəət onun ümumi fəaliyyəti üzrə əldə etdiyi mənfəətin ən azı 20%-ni təşkil edirsə, maliyyə aktivlərinin saxlanılması təşkilatın fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil etmiş hesab olunur:

13.2.66.3.1. maliyyə institutunun depozitar kimi təsbit edildiyi ildən əvvəlki ilin 31 dekabrında (və ya təqvim ili olmayan hesabat dövrünün son günündə) başa çatan üç illik müddət;

13.2.66.3.2. müəssisənin fəaliyyət göstərdiyi müddət;

13.2.66.4. qiymətli kağızların (veksellər, depozitar qəbzi və sair), törəmə maliyyə alətlərinin, xarici valyutaların məzənnə, faiz dərəcəsi və indeks alətləri, qiymətli kağızlarla ticarət və ya əmtəə üzrə fyuçerslərin müştəri üçün və ya müştərinin adından aparılan ticarət fəaliyyəti;

13.2.66.5. investorların portfellərinin idarə edilməsi fəaliyyəti;

13.2.66.6. bu Məcəllənin 13.2.66.1 – 13.2.66.5-ci maddələrində qeyd olunmuş fəaliyyətlərdən hər hansı biri ilə məşğul olan şəxs tərəfindən idarə olunan hüquqi şəxsin həyata keçirdiyi fəaliyyət;

13.2.67. maliyyə institutlarında vergi monitorinqi – maliyyə institutları tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsi işinə nəzarət tədbirləri;

13.2.68. elektron audit – vergi ödəyicisinin elektron formatda saxlanılan maliyyə (mühasibat) məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradılmaqla aparılan vergi yoxlaması;

13.2.69. vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma;

13.2.70. vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat;

13.2.71. vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi – vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri.";

1.3. aşağıdakı məzmunda 14-1-ci maddə əlavə edilsin:

"Maddə 14-1. Transfer qiyməti

14-1.1. Ayrı-ayrı əməliyyatlar haqqında müqayisə edilə bilən məlumatlar mövcud olmadıqda və (və ya) rəsmi və açıq mənbələrdən malların (işlərin, xidmətlərin) bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında təqdim edilmə qiyməti barədə məlumat əldə etmək mümkün olmadıqda, transfer qiyməti aşağıdakı üsullardan biri əsasında müəyyənləşdirilir:

14-1.1.1. bu Məcəllənin 14.6.3.1-ci maddəsində göstərilən qaydada müəyyənləşdirilən sonrakı (təkrar) satış qiymətinə əsasən;

14-1.1.2. bu Məcəllənin 14.6.3.2-ci maddəsində göstərilən qaydada müəyyənləşdirilən dəyərin toplanması üsuluna əsasən;

14-1.1.3. rentabellilik üsuluna əsasən. Bu üsulla malların (işlərin, xidmətlərin) transfer qiyməti, əməliyyatın tərəfi olan şəxsin əldə etdiyi mənfəətin, onun ümumi xərclərində və ya gəlirlərində və ya aktivlərinin ümumi dəyərində xüsusi çəkisinin bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında aparılan müqayisə oluna bilən əməliyyat çərçivəsində formalaşan qiymət göstəricisi ilə müqayisəsi əsasında müəyyənləşdirilir;

14-1.1.4. mənfəətin bölgüsü üsuluna əsasən. Bu üsula əsasən malların (işlərin, xidmətlərin) transfer qiyməti eyni müəssisə qrupunun üzvü olan bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər arasında əməliyyatlar aparıldığı zaman tərəflərdən hər birinin həmin əməliyyatlardan əldə etdiyi mənfəətin qrupun həmin əməliyyatlardan əldə etdiyi məcmu mənfəətindəki xüsusi çəkisinin bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında aparılan müqayisə oluna bilən əməliyyatlar çərçivəsində formalaşan eyni göstərici ilə müqayisəsi əsasında müəyyənləşdirilir.

14-1.2.Transfer qiyməti əsas götürülməklə vergilər aşağıdakı şəxslər arasında həyata keçirilən əməliyyatlardan hesablana bilər:

14-1.2.1. Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər arasında;

14-1.2.2. qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi arasında;

14-1.2.3. Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında.

14-1.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında aparılan əməliyyatlar zamanı vergi ödəyicisinin təqdim etdiyi mallara (işlərə, xidmətlərə) tətbiq etdiyi qiymətlər eyni əməliyyat üçün bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan qiymətlərin aşağı həddindən az olduqda, vergilər transfer qiyməti ilə, yuxarı həddindən çox olduqda isə faktiki satış qiyməti ilə hesablanır.

14-1.4. Transfer qiymətləri yalnız bu Məcəllənin 16.1.4-cü maddəsi ilə müəyyən edilən həddən yuxarı olan əməliyyatlara tətbiq edilir və mənfəət (gəlir) vergisinin məqsədləri üçün istifadə edilir.

14-1.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti eyni əməliyyat üçün bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan ən yüksək qiymətdən çoxdursa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilmişdirsə, həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə transfer qiyməti ilə aid edilir və vergilər yenidən hesablanır.

14-1.6. Transfer qiymətinin tətbiqi zamanı qiymətlərə təsir edə bilən amillər müəyyənləşdirilərkən bu Məcəllənin 14.6.1-ci maddəsinin müddəaları tətbiq edilir.

14-1.7. Vergi ödəyicisinin malların (işlərin, xidmətlərin) transfer qiymətinin bu Məcəllədə göstərilənlərdən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar təqdim etmək hüququ vardır.

14-1.8. Malların (işlərin, xidmətlərin) transfer qiymətləri müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, vergi ödəyicilərinin vergi orqanına təqdim etdiyi məlumatlardan, açıq məlumat mənbələrində yerləşdirilmiş hesabatlardakı məlumatlardan və digər müvafiq məlumatlardan istifadə edilir.

14-1.9. Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.";

1.4. 15-ci maddə üzrə:

1.4.1. aşağıdakı məzmunda 15.1.2-1-ci maddə əlavə edilsin:

"15.1.2-1. vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi məqsədilə vergi orqanlarına ərizə ilə müraciət etmək;";

1.4.2. 15.1.10-cu maddədə "kommersiya (vergi)" sözləri "kommersiya və (və ya) vergi" sözləri ilə əvəz edilsin;

1.5. 16-cı maddə üzrə:

1.5.1. 16.1.4-cü maddədə "hesabatını" sözündən sonra ", habelə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqvim ili ərzində bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən hər bir şəxs üzrə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayışı" sözləri əlavə edilsin;

1.5.2. aşağıdakı məzmunda 16.1.4-1-ci maddə əlavə edilsin:

"16.1.4-1. bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslərə dair məlumatları (o cümlədən onların reyestr məlumatlarını) vergi orqanının tələbi ilə təqdim etmək;";

1.5.3. aşağıdakı məzmunda 16.1.7-1-ci maddə əlavə edilsin:

"16.1.7-1. bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növlərini "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" almaqla həyata keçirmək;";

1.5.4. 16.1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

"16.1.8. aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək:

16.1.8.1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);

16.1.8.2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;

16.1.8.3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;

16.1.8.4. qiymətli kağızların və lotereya biletlərinin satışı;

16.1.8.5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti;";

1.5.5.16.1.11-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"16.1.11-1. nağdsız ödənişlərin aparılması üçün "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) "Elektron ticarət haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək;";

1.5.6. aşağıdakı məzmunda 16.1.11-3 – 16.1.11-8-ci maddələr əlavə edilsin:

"16.1.11-3. vergi orqanının tələbinə əsasən maliyyə institutlarında vergi monitorinqinin aparılması ilə bağlı vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları vergi orqanlarına və onların vəzifəli şəxslərinə təqdim etmək;

16.1.11-4. maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini və bu Məcəllənin 76-1-ci maddəsinə uyğun olaraq maliyyə institutları tərəfindən təqdim edilməsi nəzərdə tutulan məlumatların əks olunduğu forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən elektron hesabatların təqdim edilməsini təmin etmək;

16.1.11-5. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarının vəzifəli şəxslərinə əmlakın siyahıya alınmasına, həmin əmlakın məsul saxlamaya qoyulması üçün götürülməsinə zəruri şərait yaratmaq, habelə onların bu sahədə qanuni fəaliyyətlərinə maneçilik törətməmək;

16.1.11-6. sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək;

16.1.11-7. pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura təqdim etmək;

16.1.11-8. qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək;";

1.6. aşağıdakı məzmunda 17.6-cı maddə əlavə edilsin:

"17.6. Bu Məcəllənin 149.1.3-1-ci maddəsinə uyğun olaraq təyin olunan vergi agenti təyin olunduqdan sonra 30 gün ərzində vergi orqanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edir.";

1.7. 18-ci maddə üzrə:

1.7.1. 18.2.1-ci maddədə "əmlakında" sözündən sonra "(nizamnamə kapitalında)" sözləri əlavə edilsin;

1.7.2. aşağıdakı məzmunda 18.3-cü maddə əlavə edilsin:

"18.3. Bu maddənin məqsədləri üçün bir şəxs digər şəxsə o halda nəzarət etmiş hesab olunur ki, həmin şəxs digər şəxsin fəaliyyətini məhdudlaşdırmaq və ya istiqamətləndirmək imkanına malikdir.";

1.8. 23-cü maddə üzrə:

1.8.1. aşağıdakı məzmunda 23.1.2-1-ci maddə əlavə edilsin:

"23.1.2-1. vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda tələb etmək;";

1.8.2. aşağıdakı məzmunda 23.1.6-1-ci maddə əlavə edilsin:

"23.1.6-1. səyyar vergi yoxlamaları zamanı əsas məqsədi vergi üstünlüyü əldə etmək olan vergidən yayınma sxemi aşkar etdikdə faktiki iqtisadi göstərici əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək;";

1.8.3. 23.1.15-1-ci maddədə "dövlət büdcəsinə alınması" sözlərindən sonra ", yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması" sözləri əlavə edilsin;

1.8.4. aşağıdakı məzmunda 23.1.15-5-ci maddə əlavə edilsin:

"23.1.15-5. maliyyə institutlarında vergi monitorinqini aparmaq və bununla bağlı maliyyə institutlarından vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları elektron və (və ya) kağız daşıyıcılarda almaq;";

1.9. 24-cü maddə üzrə:

1.9.1. aşağıdakı məzmunda 24.0.1-1-ci maddə əlavə edilsin:

"24.0.1-1. bu Məcəllənin 15.1.2-1-ci maddəsinə uyğun olaraq ərizə ilə müraciət etmiş vergi ödəyicilərinin həmin ərizədə göstərilən əməliyyatı ilə bağlı vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar qəbul etməyə;";

1.9.2. aşağıdakı məzmunda 24.0.6-1-ci maddə əlavə edilsin:

"24.0.6-1. bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslərə bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olmaq üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" verməyə;";

1.9.3.aşağıdakı məzmunda 24.0.7-2-ci maddə əlavə edilsin:

"24.0.7-2. bu Məcəllənin 165.4-cü maddəsinə uyğun olaraq ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vergi ödəyicilərinin qeydiyyatını aparmağa, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı və texniki avadanlıqla təchiz etməyə;";

1.9.4. 24.0.8-ci maddədə "vergi və kommersiya sirrinin qorunması" sözləri "vergi, kommersiya və bank sirrinin qorunması " sözləri ilə əvəz edilsin;

1.10. 30-cu maddə üzrə:

1.10.1. maddənin adında "Kommersiya (vergi)" sözləri "Kommersiya və (və ya) vergi" sözləri ilə əvəz edilsin;

1.10.2. 30.2-ci maddədə "kommersiya (vergi)" sözləri "vergi" sözü ilə əvəz edilsin;

1.10.3. 30.3-cü maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

"Kommersiya sirri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır.";

1.10.4. 30.3-cü maddənin ikinci abzasında (hər iki halda), 30.4-cü (hər iki halda), 30.5-ci və 30.7-ci maddələrdə "kommersiya (vergi)" sözləri "kommersiya və (və ya) vergi" sözləri ilə əvəz edilsin;

1.11. 33.8.4.1-ci və 33.8.5.1-ci maddələrdə "sənədi və" sözlərindən sonra "onun təsisçisi (təsisçiləri) olan xarici hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayı yolla paya malik fiziki şəxslər barədə məlumatın da daxil olduğu" sözləri əlavə edilsin;

1.12. 34.2-ci maddədə "2" rəqəmi "1" rəqəmi ilə əvəz edilsin;

1.13. aşağıdakı məzmunda 35.2-1-ci maddə əlavə edilsin:

"35.2-1. Banklar hüquqi və fiziki şəxslərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini təmin edirlər.";

1.14. 36-cı maddə üzrə:

1.14.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

"Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi";

1.14.2. aşağıdakı məzmunda 36.7-ci və 36.8-ci maddələr əlavə edilsin:

"36.7. Vergi orqanı vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini təmin etmək məqsədilə maliyyə institutlarında vergi monitorinqi apara bilər.

36.8. Maliyyə institutlarında vergi monitorinqinin aparılması, nəticələrinin rəsmiləşdirilməsi, sənədlərin tələb edilməsi və materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması, o cümlədən maliyyə sanksiyasının tətbiqi bu Məcəllənin 36-49-cu maddələrində nəzərdə tutulan qaydada həyata keçirilir.";

1.15. 37-ci maddə üzrə:

1.15.1. 37.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.";

1.15.2. aşağıdakı məzmunda 37.2-1-ci maddə əlavə edilsin:

"37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir.";

1.15.3. 37.4-cü maddənin birinci cümləsində "zamanı" sözü "nəticəsində" sözü ilə, "5 gün" sözləri "5 iş günü" sözləri ilə əvəz edilsin;

1.16. 38-ci maddə üzrə:

1.16.1. 38.1-ci maddədə "Səyyar vergi yoxlaması" sözlərindən sonra ", o cümlədən elektron audit" sözləri əlavə edilsin;

1.16.2. 38.2-ci maddənin ikinci abzasında "ildə" sözü "təqvim ili ərzində" sözləri ilə əvəz edilsin;

1.16.3. aşağıdakı məzmunda 38.8-ci maddə əlavə edilsin:

"38.8. Elektron auditin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.";

1.17. 42-ci maddə üzrə:

1.17.1. 42.1-ci maddəyə üçüncü abzas əlavə edilsin:

"Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir.";

1.17.2. 42.4-cü maddədə "vergi ödəyicisi tərəfindən 20 gün" sözləri "10 iş günü" sözləri ilə əvəz edilin;

1.18. 50.1.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 50.1.10 – 50.1.13-cü maddələr əlavə edilsin:

"50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" almayan vergi ödəyicilərinin aşkar edilməsi;

50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi;

50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi;

50.1.13 malların bu Məcəllə ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi.";

1.19. 53.8-ci maddədə "həmin hərəkətə görə" sözləri ", habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslərin" sözləri ilə əvəz edilsin;

1.20. aşağıdakı məzmunda 55.1.3-1-ci maddə əlavə edilsin:

"55.1.3-1. vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərara əsaslanmaqla və ya onun icrası nəticəsində törədilməsi;";

1.21. 57-ci maddə üzrə:

1.21.1. 57.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"57.3. Bu Məcəllənin 23.1.2-ci və 23.1.2-1-ci maddələrində göstərilən sənədlərin (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, o cümlədən vergi orqanlarının bu Məcəllənin 42.4-cü maddəsinə əsasən edilmiş müraciətinin həmin maddədə göstərilən müddətdə icra edilməməsinə, habelə sənədlərin və ya məlumatların bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.";

1.21.2. aşağıdakı məzmunda 57.4-cü maddə əlavə edilsin:

"57.4. Bu Məcəllənin 16.1.4-cü maddəsində göstərilən arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.";

1.22. 58-ci maddə üzrə:

1.22.1. 58.7-ci maddədə "Nağd" sözü (birinci halda) "Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, nağd" sözləri ilə əvəz edilsin;

1.22.2. aşağıdakı məzmunda 58.7-1-ci maddə əlavə edilsin:

"58.7-1. Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.";

1.22.3. 58.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

"58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda:

58.8.1 pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir;

58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında;";

1.22.4. aşağıdakı məzmunda 58.12-ci maddə əlavə edilsin:

"58.12. Vergi orqanından bu Məcəllənin 221.8-ci maddəsinə əsasən "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə vergi ödəyicisinə:

58.12.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında;

58.12.2. təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.";

1.23. 60-cı maddə üzrə:

1.23.1. maddəninadı aşağıdakı redaksiyada verilsin:

"Kredit təşkilatlarına və maliyyə institutlarına tətbiq edilən maliyyə sanksiyaları";

1.23.2. 60.1.4-cü maddə ləğv edilsin;

1.23.3. aşağıdakı məzmunda 60.3-cü maddə əlavə edilsin:

"60.3. Maliyyə institutlarına aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:

60.3.1. maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə – hər belə hesab və ya əməliyyat üçün 100 manat məbləğində;

60.3.2. bu Məcəllənin 16.1.11-4-cü maddəsində göstərilən elektron hesabatın müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməməsinə görə – 1000 manat məbləğində;

60.3.3. bu Məcəllənin 76-1-ci maddəsinin tələblərini icra etməməyə görə – aparılmış əməliyyatın ümumi məbləğinin 30 faizi miqdarında, bu hesablar üzrə əməliyyat aparılmadıqda isə, hər belə hesab üçün 400 manat məbləğində;

60.3.4. vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulması həmin müqavilələrin tərəfi olan digər dövlətin səlahiyyətli orqanının bildirişinə əsasən aşkar olunduqda – hər belə hesab üçün 100 manat məbləğində.";

1.24. aşağıdakı məzmunda 71-1-ci maddə əlavə edilsin:

"Maddə 71-1. Elektron qaimə-fakturaları

71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.

71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.";

1.25. aşağıdakı məzmunda 72.5-1-ci və 72.5-2-ci maddələr əlavə edilsin:

"72.5-1. Vergi ödəyiciləri tərəfindən könüllü vergi açıqlaması edildiyi halda bu barədə vergi orqanına forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hesabat təqdim edilir.

72.5-2. Könüllü vergi açıqlaması edildiyi halda təqdim edilmiş hesabat üzrə vergi ödəyicisi tərəfindən yalnız hesablanmış vergi məbləği büdcəyə ödənilir.";

1.26. 76-cı maddə üzrə:

1.26.1. 76.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Vergi orqanları vergi nəzarəti zamanı kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərməklə, həmin bankın xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) bank hesabı və əməliyyatları barədə məlumat almaq hüququna malikdir.;

1.26.2. 76.2-1-ci maddə ləğv edilsin;

1.27. aşağıdakı məzmunda 76-1-ci maddə əlavə edilsin:

"Maddə 76-1. Maliyyə institutları tərəfindən məlumatların verilməsi

Maliyyə institutları vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hədlərdə və qaydada müvafiq icra hakimiyyəti orqanı vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.";

1.28. 77.1-ci maddədə "vergini (o cümlədən cari vergi ödəmələrini)" sözlərindən sonra ", hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını" sözləri əlavə edilsin;

1.29. aşağıdakı məzmunda 77-1-ci maddə əlavə edilsin:

"Maddə 77-1. Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərar

77-1.1. Vergi ödəyicisi vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın (bundan sonra bu maddənin məqsədləri üçün – qərar) qəbul edilməsi məqsədilə vergi orqanına "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim edir.

77-1.2. Ərizəyə aşağıdakılar əlavə olunur:

77-1.2.1. barəsində qərarın qəbul edilməsi tələb edilən vergi tutulan əməliyyata aid sənədlər;

77-1.2.2. vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrə dair vergi ödəyicisinin qeydləri;

77-1.2.3. qərarın qəbulu üçün zəruri hesab edilən digər məlumatlar.

77-1.3. Ərizəyə əlavə olunmuş sənədlər dövlət dilində olmalıdır. Xarici dildə tərtib olunmuş sənədlərin əsli dövlət dilinə rəsmi təsdiq edilmiş tərcümə ilə müşayiət olunmalıdır.

77-1.4. Qərar bu Məcəllənin 77-1.2-ci və 77-1.3-cü maddələrində nəzərdə tutulan sənədlər və məlumatlar təqdim edildikdən sonra 30 iş günü müddətində qəbul edilir.

77-1.5. Vergi orqanı ərizənin və ona əlavə edilmiş sənədlərin 77-1.1 - 77-1.3-cü maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və qərarın qəbul edilməsi üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq vergi orqanı onların aradan qaldırılması barədə məlumatı vergi ödəyicisinə bildirməlidir.

77-1.6. Vergi ödəyicisi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman qərarın qəbul edilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət qərarın qəbul edilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə vergi ödəyicisinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

77-1.7. Qərar vergi orqanı tərəfindən hər bir vergi ödəyicisinə və hər bir vergi tutulan əməliyyata münasibətdə ayrılıqda qəbul olunur, vergi orqanının rəhbərinin imzası və möhürlə təsdiq olunur və barəsində qərar qəbul edilən əməliyyatla bağlı münasibətləri tənzimləyən normativ hüquqi aktlarda əməliyyat baş tutanadək dəyişiklik baş verdiyi hallar istisna olmaqla 3 il müddətində məcburi hüquqi qüvvəyə malik olur.

77-1.8. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş ərizə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar olmadıqda və ya aşkar edilmiş çatışmazlıqlar bu Məcəllənin 77-1.6-cı maddəsində müəyyən olunmuş vaxtda aradan qaldırıldıqda, vergi orqanı "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş dövlət rüsumunu ödəmək vəzifəsi barədə vergi ödəyicisinə şifahi və ya məktub vasitəsilə yazılı məlumat verir.

77-1.9. Qərarın qəbul edilməsi üçün dövlət rüsumu bu Məcəllənin 77-1.8-ci maddəsinə uyğun olaraq, vergi orqanının verdiyi məlumat alındığı tarixdən 3 iş günü ərzində vergi ödəyicisi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd vergi orqanına təqdim olunur.

77-1.10. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd vergi orqanına təqdim edildikdən sonra bu Məcəllə ilə müəyyən edilmiş müddətdə qərar qəbul edilərək vergi ödəyicisinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

77-1.11. Qərarın icrası yalnız ərizədə qeyd olunan əməliyyat üzrə vergi orqanı və qərarda qeyd olunan əməliyyatı həyata keçirəcək vergi ödəyicisi üçün məcburi hüquqi qüvvəyə malikdir, bir şərtlə ki, vergi ödəyicisi tərəfindən həmin əməliyyat həyata keçirilmiş olsun.

77-1.12. Barəsində qərar qəbul edilmiş əməliyyatın icrası vergi ödəyicisi üçün məcburi xarakter daşımır.

77-1.13. Aşağıdakı hallarda vergi orqanı tərəfindən qərarın qəbul edilməsindən imtina edilir:

77-1.13.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda (bu Məcəllənin 77-1.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna olmaqla);

77-1.13.2. ərizədə qeyd olunan əməliyyat üzrə bu Məcəlləyə uyğun olaraq vergi öhdəliyinin müəyyən edilməsinə dair vergi orqanının qərarı olduqda və bu əməliyyat üzrə göstəricilərdə hər hansı dəyişiklik baş vermədikdə;

77-1.13.3. ərizədə qeyd olunan əməliyyat artıq baş tutmuş olduqda və ya bu əməliyyatla bağlı vergi orqanının qərarı və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

77-1.13.4. barəsində qərar qəbul edilməsi üçün müraciət edilmiş əməliyyat üzrə vergi ödəyicisinin vergidən yayınma sxemi yaratmaqla, vergi üstünlüyü əldə etmək məqsədi daşıdığı vergi orqanı tərəfindən müəyyən edildikdə;

77-1.13.5. barəsində qərar qəbul edilməsi nəzərdə tutulan əməliyyatın dəyəri 10.000.000 (on milyon) manatdan aşağı olduqda;

77-1.13.6. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd bu Məcəllənin 77-1.9-cu maddəsində göstərilən müddətdə vergi orqanına təqdim edilmədikdə;

77-1.13.7. vergi ödəyicisi tərəfindən qərarın qəbul olunması üçün müraciət zamanı bu Məcəllə ilə müəyyən olunmuş tələblərə əməl edilmədikdə, o cümlədən vergi öhdəliyinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin müəyyən edilməsi ilə bağlı tələb olunan sənədlər və məlumatlar müraciətə əlavə olunmadıqda və ya əlavə olunmuş sənədlər və məlumatlar vergi öhdəliyinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin müəyyən edilməsi üçün kifayət etmədikdə;

77-1.13.8. barəsində qərar qəbul edilməsi nəzərdə tutulan əməliyyat üzrə vergi öhdəliyinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin müəyyən edilməsi vergi orqanının səlahiyyətlərinə aid olmadıqda.

77-1.14. Barəsində qərar qəbul edilən əməliyyatla bağlı münasibətləri tənzimləyən normativ hüquqi aktlarda əməliyyat baş tutanadək dəyişiklik baş verərsə, vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi haqqında vergi orqanının qərarının hüquqi qüvvəsi olmur.

77-1.15. Vergi ödəyicisi vergi orqanı tərəfindən bu maddəyə uyğun olaraq qəbul edilmiş qərardan, habelə həmin qərarın qəbul edilməsi ilə bağlı imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.";

1.30. 83-cü maddə üzrə:

1.30.1. 83.3-cü maddədə "kameral" sözündən sonra "(bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla)" sözləri əlavə edilsin;

1.30.2. 83.4-cü maddədə "5 gün" sözləri "5 iş günü" sözləri ilə əvəz edilsin;

1.31. 89.10-cu maddədə "bu siyahı" sözlərindən sonra "əmlakın fotoşəkli ilə birlikdə" sözləri əlavə edilsin;

1.32. 90-cı maddə üzrə:

1.32.1. 90.1-ci maddədə "vergi öhdəliyinin icrasının" sözləri "vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin" sözləri ilə, "satılması barədə" sözləri "satılması haqqında qərar qəbul olunması üçün" sözləri ilə əvəz edilsin;

1.32.2. 90.3-cü maddə üzrə:

1.32.2.1. birinci abzasda "qərarı" sözündən sonra "qanuni" sözü əlavə edilsin;

1.32.2.2. ikinci, üçüncü, dördüncü və beşinci abzaslar müvafiq olaraq üçüncü, dördüncü, beşinci və altıncı abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

"Vergi ödəyicisinin siyahıya alınmış əmlakı icra məmurunun sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.";

1.32.2.3. üçüncü abzas aşağıdakı redaksiyada verilsin:

"Müvafiq icra hakimiyyəti orqanı vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışından əldə olunan vəsait barədə, habelə siyahıya alınmış əmlakın hərracda (o cümlədən elektron hərracda) və ya ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satılması üçün icra məmurları tərəfindən edilmiş sifarişlər barədə rüblük məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına elektron şəkildə təqdim edir.";

1.32.3. 90.3.3.1-ci maddədə "məhkəmənin qanuni qüvvəyə minmiş qərarı" sözləri "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti" sözləri ilə əvəz edilsin;

1.32.4. 90.3.3.2-ci maddədə "sənədi" sözü "sənədinin surəti" sözləri ilə əvəz edilsin;

1.32.5. aşağıdakı məzmunda 90.3.3.2-1-ci maddə əlavə edilsin:

"90.3.3.2-1. əmlakın fotoşəkli, yerləşdiyi ünvan barədə məlumat;";

1.32.6. 90.3.3.6-cı maddədə "sənədlər" sözü "sənədlərin surəti" sözləri ilə əvəz edilsin;

1.32.7. 90.3.4-cü maddədə "30" rəqəmi "20" rəqəmi ilə, "7" rəqəmi "5" rəqəmi ilə əvəz edilsin, "kütləvi informasiya vasitələrində" sözlərindən sonra ", o cümlədən internet saytlarında və sosial şəbəkələrdə" sözləri əlavə edilsin;

1.32.8. 90.3.5.1-ci maddədə "siyahısı, " sözündən sonra "fotoşəkli, " sözü əlavə edilsin;

1.32.9. 90.3.8-ci maddədə "sifarişə" sözü "ərizəyə" sözü ilə əvəz edilsin;

1.32.10. 90.3.8.2-ci və 90.3.8.3-cü maddələrində "notariat qaydasında təsdiq edilmiş" sözləri çıxarılsın;

1.32.11. 90.3.20.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"90.3.20.4. birinci hərrac baş tutmadıqda və ya siyahı üzrə ayrı-ayrılıqda əmlakın satışı baş tutmadıqda, hər növbəti hərraca 10 gün qalmış kütləvi informasiya vasitələrində, o cümlədən internet saytlarında və sosial şəbəkələrdə hərracla bağlı 90.3.5-ci maddədə qeyd olunan elan verilir. İkinci hərracda qiymət birinci hərracda satılmayan əmlakın və ya onun ayrılıqda siyahı üzrə satılmayan hissəsinin ilkin satış qiymətinin 20 faizi, üçüncü hərracda isə 40 faizinədək aşağı salına bilər;";

1.32.12. 90.3.20.5-ci maddədə "ikinci və" sözləri çıxarılsın;

1.32.13. 90.3-1-ci maddədə "şəbəkələrində" sözündən sonra "(o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində)" sözləri əlavə edilsin;

1.32.14. aşağıdakı məzmunda 90.3-2 – 90.3-4-cü maddələr əlavə edilsin:

"90.3-2. Hərracın təşkilatçısının rəsmi internet saytı olmalı, hərracın keçirilməsi barədə elan, habelə hərraca çıxarılan əmlak barəsində məlumatlar ətraflı şəkildə həmin internet saytında yerləşdirilməlidir.

90.3-3. Hərracın təşkilatçısı (o cümlədən elektron hərracın təşkilatçısı) keçirilmiş hərraclar, başa çatmış və ya baş tutmamış hərraclar, habelə siyahıya alınmış əmlakın satışından əldə olunan vəsaitlər barədə aylıq məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

90.3-4. Ticarət şəbəkələri (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələri) satışa çıxarılmış əmlaklar, satışı təmin edilmiş və ya satışı mümkün olmadığı üçün geri qaytarılmış əmlaklar, habelə siyahıya alınmış əmlakın satışından əldə olunan vəsaitlər barədə aylıq məlumatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edir.";

1.32.15. 90.4-cü maddənin birinci abzasda "hesablanmış vergilərin, faizlərin və maliyyə sanksiyalarının" sözləri "vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların" sözləri əlavə edilsin;

1.33. 101.5-ci maddəaşağıdakı redaksiyada verilsin:

"101.5. İdman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan)iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən(Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.";

1.34. 102-ci maddə üzrə:

1.34.1. 102.1.13-cü maddə ləğv edilsin;

1.34.2. 102.1.22-ci maddədə "3 (üç)" sözləri "7 (yeddi)" sözləri ilə əvəz edilsin;

1.35. 106.1.5-ci maddədə "maliyyə bazarlarına nəzarət orqanının" sözlərindən sonra ", icbari tibbi sığorta xidmətləri göstərən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət adından yaradılan səhiyyə (tibb) müəssisələrinin" sözləri əlavə edilsin;

1.36. aşağıdakı məzmunda 109.8-ci maddə əlavə edilsin:

"109.8. Nəzarət-kassa aparatının çeki və ya qəbz malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.";

1.37. 114-cü maddə üzrə:

1.37.1. 114.3.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"114.3.2. maşınlar və avadanlıq – 20%-dək;";

1.37.2. aşağıdakı məzmunda 114.3.2-1-ci maddə əlavə edilsin:

"114.3.2-1. yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə – 25 faizədək;"

1.37.3. aşağıdakı məzmunda 114.10-cu maddə əlavə edilsin:

"114.10. Bu maddənin digər müddəalarından asılı olmayaraq, dövlət müəssisələrinə dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlərin, bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş illik amortizasiya normalarına uyğun hesablanmış amortizasiyanın yalnız 40 faizi gəlirdən çıxılır.";

1.38. 125-ci maddə üzrə:

1.38.1. 125.1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

"125.1.8. idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən – bu Məcəllənin 101.5-cı maddəsinə uyğun olaraq.";

1.38.2. 125.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 125.1.9-cu əlavə edilsin:

"125.1.9. bu Məcəllənin 13.2.16.14-1-ci maddəsində göstərilən ödəmələr – 10 faiz.";

1.38.3. aşağıdakı məzmunda 125.1-1-ci maddə əlavə edilsin:

"125.1-1. Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur.";

1.39. 128-ci maddə üzrə:

1.39.1. 128.2-ci maddədə "və ya maliyyə məlumatını" sözləri "və maliyyə məlumatını" sözləri ilə əvəz edilsin;

1.39.2. aşağıdakı məzmunda 128.3-cü maddə əlavə edilsin:

"128.3. Hər il üçün güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.";

1.40. aşağıdakı məzmunda 130.1-1-ci maddə əlavə edilsin:

"130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.";

1.41. aşağıdakı məzmunda 149.1.3-1-ci maddə əlavə edilsin:

"149.1.3-1. bu Məcəllənin 149.1.3-cü maddəsində göstərilən qeyri-rezident şəxsin təyin etdiyi vergi agenti;";

1.42. 150-ci maddə üzrə:

1.42.1. 150.1.9-cu maddədə "yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi" sözlərindən əvvəl "torpaq, " sözü əlavə edilsin;

1.42.2. 150.1.10-cu maddədə "uduşlar" sözü ", lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində uduşlar (mükafatlar)" sözləri ilə əvəz edilsin;

1.42.3. 150.1.10-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 150.1.11-ci və 150.1.12-ci maddələr əlavə edilsin:

"150.1.11. lotereyaların keçirilməsindən, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru;

150.1.12. hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru.";

1.42.4. 150.3-2-ci maddədə "150.1.10-cu maddəsində" sözləri "150.1.10-cu və 150.1.11-ci maddələrində" sözləri ilə əvəz edilsin.

1.42.5. aşağıdakı məzmunda 150.3-3-cü maddə əlavə edilsin:

"150.3-3. bu Məcəllənin 150.1.12-ci maddəsində göstərilən şəxslər bu Məcəllənin 220.12-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergini hesablamağa, vəsaiti alan şəxsin bank hesabından tutmağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar.".

1.43. 153-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.";

1.44. 159.1-ci maddədə "xidmətlərin göstərilməsi" sözlərindən sonra ", Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi" sözləri əlavə edilsin;

1.45. 164-cü maddə üzrə:

1.45.1. 164.1.27-ci maddədə "2016-cı il yanvarın 1-dən 1 il" sözləri "2017-ci il yanvarın 1-dən 3 il" sözləri ilə əvəz edilsin;

1.45.2. 164.1.35-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.36-cı və 164.1.37-ci maddələr əlavə edilsin:

164.1.36. ödəmə qabiliyyətini itirmiş bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 3 il müddətinə;

164.1.37. quş ətinin satışı – 2017-ci il yanvarın 1-dən 3 il müddətinə.";

1.46. aşağıdakı məzmunda 165.4-cü maddə əlavə edilsin:

"165.4. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil edilən ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.";

1.47. 168.1.5-ci maddənin doqquzuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:

"elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunanlotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsi.";

1.48. 169.1-ci maddədə "xidmət göstərirsə və ya iş görürsə" sözlərindən sonra "(o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi)" sözləri əlavə edilsin;

1.49. 169.3-cü maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin:

"ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısıvergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən vergi orqanlarında uçotda olmayan şəxsdən tutulmuş ƏDV əvəzləşdirilmir.";

1.50. aşağıdakı məzmunda 174.3-cü maddə əlavə edilsin:

"174.3. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq olunmuş ticarət əlavəsindən ƏDV hesablayan pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri həmin malların uçotunu ayrıca aparır. Belə uçot aparılmadıqda, bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq həmin malların pərakəndə satışı zamanı ƏDV ümumi dövriyyədən hesablanır.";

1.51. 176-cı maddə üzrə:

1.51.1. 176.2-ci maddədə "Elektron vergi hesab-fakturası" sözlərindən sonra "(ƏDV-nin qaytarılması şərtilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən elektron vergi hesab-fakturası istisna olmaqla)" sözləri əlavə edilsin;

1.51.2. aşağıdakı məzmunda 176.2-1-ci maddə əlavə edilsin:

"176.2-1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron vergi hesab-fakturasının vahid forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.".

1.51.3. 176.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

"176.4. ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə qaimə-faktura və ya elektron qaimə-faktura və ya qəbz və ya çek verilə bilər. Nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir və bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq, aparılan əvəzləşdirilmə etibarsız hesab edilir.";

1.52. 179-cu maddə üzrə:

1.52.1. 179.1-ci maddədə "45" rəqəmi "20" rəqəmi ilə əvəz edilsin;

1.52.2. 179.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"179.2. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti 3 aya keçirilir və bu ayların ödəmələrinə aid edilməklə, vergi orqanı tərəfindən bu Məcəllədə nəzərdə tutulan qaydada artıq ödəmələrin dürüstlüyü araşdırılır. Həmin 3 ay müddət bitdikdən sonra dürüstləşmənin başa çatdırılmasından asılı olmayaraq, vergi tutulan əməliyyatlardan yaranan artıq ödəmənin hər hansı qalığı vergi ödəyicisinin ərizəsinə əsasən 20 gün ərzində büdcədən qaytarılır.";

1.53. 190-cı maddə üzrə:

1.53.1. 190.1-ci maddənin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:

"- idxal olunan xəz-dəri məmulatları.";

Ardı var

Mənbə: http://president.az/articles/22246

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!