Prezidentdən Vergilər Nazirliyinə tapşırıqlar

2016-12-25 | Vergilər | 2833

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. iki ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. həmin Məcəllənin 71-1.2-ci maddəsinə uyğun olaraq, elektron qaimə-fakturanın formasını, tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. həmin Məcəllənin 90.3-cü maddəsinin ikinci abzasına uyğun olaraq, elektron hərracın təşkili və keçirilməsi qaydalarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. həmin Məcəllənin 128.3-cü maddəsinə uyğun olaraq, güzəştli vergi tutulan ölkələr və ya ərazilər barədə təkliflərini 2017-ci il üzrə bu Fərman qüvvəyə mindiyi gündən bir ay müddətində, növbəti illər üzrə isə hər il dekabr ayının 20-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

2.1. bir ay müddətində:

2.1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-1.9-cu maddəsində nəzərdə tutulmuş transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydasını müəyyən etsin;

2.1.2. həmin Məcəllənin 16.1.4-cü və 17.6-cı maddələrində nəzərdə tutulmuş arayış formalarını müəyyən etsin;

2.1.3. həmin Məcəllənin 16.1.11-4-cü və 72.5-1-ci maddələrində nəzərdə tutulmuş hesabat formalarını, 90.3-cü maddəsinin üçüncü abzasında ikinci halda, 90.3-3-cü və 90.3-4-cü maddələrində nəzərdə tutulmuş məlumat formalarını, 150.3-3-cü maddəsində nəzərdə tutulmuş bəyannamə formasını, 221.8.6-cı maddəsində nəzərdə tutulmuş qəbz formasını müəyyən etsin;

2.1.4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə həmin Məcəllənin 24.0.7-2-ci maddəsində nəzərdə tutulmuş ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək üçün vergi ödəyicilərinin qeydiyyatının aparılması qaydasını müəyyən etsin;

2.1.5. həmin Məcəllənin 165.4-cü maddəsinə uyğun olaraq, ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. həmin Məcəllənin 130-1-ci maddəsinə uyğun olaraq, pərakəndə ticarət və ictimai iaşə sahələri üzrə bir ay, digər iqtisadi fəaliyyət sahələri üzrə isə üç ay müddətində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. vergi ödəyicilərinin əldə etdikləri gəlirlərin və xərclərin uçotunun, eləcə də nağdsız əməliyyatların aparılmasına, e-ticarətin vergiyə cəlb edilməsinə və səyyar vergi yoxlamaları zamanı vergi üstünlüyü əldə etmək məqsədilə qanunvericiliyin tələblərindən sui-istifadə etməklə aparılan əməliyyatlara ciddi nəzarət olunması istiqamətində bütün zəruri tədbirlərin görülməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

3.1. vergi ödəyicisinin siyahıya alınmış əmlakının elektron hərracda və ya satışı elektron formada həyata keçirən ticarət şəbəkələrində satışı ilə bağlı zəruri məlumatlandırma işlərinin aparılmasını, satışa çıxarılan əmlakların aktual elektron bazasının yaradılmasını, vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərracda (o cümlədən elektron hərracda) və ya ticarət şəbəkələrində (o cümlədən satışı elektron formada həyata keçirən ticarət şəbəkələrində) satışının daha operativ və səmərəli həyata keçirilməsi məqsədilə bütün zəruri tədbirlərin görülməsini təmin etsin;

3.2. daşınmaz əmlakın icarəsi ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatı hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dək Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onun müəyyən etdiyi elektron formada təqdim etsin.

4. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.4-cü maddəsinə uyğun olaraq, ticarət festivallarının təşkili qaydasını bir ay müddətində müəyyən etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.36-cı maddəsində nəzərdə tutulan qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi qaydası ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

6. Səhmlərinin və paylarının nəzarət zərfi dövlətə məxsus olan dövlət (büdcə) təşkilatları onlara dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlər barədə məlumatları ildə bir dəfə növbəti il yanvar ayının 20-dək Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onun müəyyən etdiyi elektron formada təqdim etsin.

7. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, N 8 (III kitab), maddə 616; 2005, N 12, maddə 1099; 2006, N 5, maddə 400, N 12, maddə 1034; 2007, N 4, maddə 323, N 12, maddə 1225; 2008, N 11, maddə 972; 2009, N 3, maddə 163, N 4, maddə 226, N 10, maddə 780; 2010, N 7, maddə 610; 2011, N 7, maddə 631; 2013, N 7, maddə 805, N 11, maddə 1324; 2014, N 4, maddə 359, N 5, maddə 477, N 9, maddə 1027, N 10, maddə 1198, N 11, maddələr 1390, 1420; 2015, N 1, maddə 12, N 12, maddə 1454; 2016, N 2 (II kitab), maddələr 261, 265, N 3, maddə 450, N 5, maddə 882, N 6, maddələr 1023, 1024, 1042, 1065, N 7, maddə 1257, N 9, maddə 1464, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 noyabr tarixli 1131 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1.1-ci bənddə "102.1.21-ci," sözlərindən sonra "106.1.5-ci," sözləri, "122.3-cü," sözlərindən sonra "128.3-cü, 130-1-ci," sözləri, "164.1.35-ci," sözlərindən sonra "164.1.36-cı," sözləri və "165.3-cü," sözlərindən sonra "165.4-cü (ikinci halda)," sözləri əlavə edilsin;

7.2. 1.2-ci bənddə "50.7-ci" sözlərindən sonra ", 71-1.2-ci" sözləri, "87.4-cü," sözlərindən sonra "90.3-cü (ikinci abzasda)," sözləri, "175.8-ci," sözlərindən sonra "176.2-1-ci," sözləri əlavə olunsun, "76.2-1-ci (birinci halda)" sözləri "76-1-ci (birinci halda)" sözləri ilə əvəz edilsin;

7.3. 1.4-cü bənddə "həmin Məcəllənin" sözlərindən sonra "14-1.9-cu," sözləri, "15.1.15-2-ci," sözlərindən sonra "16.1.4-cü," sözləri, "16.1.10-cu" sözlərindən sonra ", 16.1.11-4-cü" sözləri, "16.3-cü maddəsinin birinci cümləsində," sözlərindən sonra "17.6-cı," sözləri, "20.1-ci," sözlərindən sonra "24.0.7-2-ci," sözləri, "38.5-ci," sözlərindən sonra "38.8-ci," sözləri, "72.2-ci maddəsinin birinci abzasında," sözlərindən sonra "72.5-1-ci," sözləri, "150.3-2-ci," sözlərindən sonra "150.3-3-cü," sözləri, "221.5-ci" sözlərindən sonra ", 221.8.4-cü, 221.8.5-ci, 221.8.6-cı" sözləri əlavə olunsun, "76.2-1-ci (ikinci halda)" sözləri "76-1-ci (ikinci halda)" sözləri ilə, "90.3-cü maddəsinin ikinci abzasında (ikinci halda)," sözləri "90.3-cü maddəsinin üçüncü abzasında (ikinci və üçüncü hallarda), 90.3-3-cü (hər iki halda), 90.3-4-cü (hər iki halda)," sözləri ilə əvəz edilsin;

7.4. 1.20-ci bənddə "ikinci" sözü "üçüncü" sözü ilə əvəz edilsin;

7.5. 1.30-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.31-ci və 1.32-ci bəndlər əlavə edilsin: v"1.31. həmin Məcəllənin 165.4-cü maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirir;

1.32. həmin Məcəllənin 106.1.5-ci maddəsində "qurum" dedikdə, "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs nəzərdə tutulur.".

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

9. Bu Fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2016-cı il.

Mənbə: http://fins.az/budce/912874/prezidentden-vergiler-nazirliyine-tapsiriqlar-tam-matn.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!