Azərbaycan yaşayış minimumu və ehtiyac meyarını artırır
2013-10-31 | İqtisadiyyat | 2857Milli Məclisin Sosial siyasət Komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə olunub.
APA-nın məlumatına görə, komitə sədri Hadı Rəcəblinin sədrliyi ilə keçirilən iclasda iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova çıxış edərək bildirib ki, 2014-cü ildə yaşayış minimumunun 125 manata, ehtiyac meyarının 100 manata çatdırılması təklif olunur. O deyib ki, Azərbaycanda yaşayış minimumu dünyada qəbul olunmuş ifrat yoxsulluq səviyyəsini təxminən 7-8 dəfə üstələyir. Nazir müavini qeyd edib ki, Azərbaycanda mütləq yoxsulluq anlayışı tətbiq olunur: "Avropa ölkələri, ABŞ və Kanadada nisbi yoxsulluq anlayışı tətbiq edilir, bu da ölkədə olan median gəlirin 40%, 50%, 60%-ni təşkil edir. Azərbaycanda bu metodla yoxsulluq hesablananda yoxsulluq səviyyəsi 5,3% təşkil edir. Azərbaycanda mütləq yoxsulluq səviyyəsi, yəni, əhalinin minimal xərclərinin toplusu hesablanır".
S. Həsənova gələcəkdə Azərbaycanda yoxsulluğun ölçülməsi metodikasının təkmilləşdiriləcəyini və çoxölçülü yoxsulluğun da hesablanmağa başlanacağını söyləyib. Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hazırda Azərbaycanda tətbiq olunan 125 manat yaşayış minimumunun reallığı əks etdirmədiyini vurğulayıb. S. Həsənova isə bildirib ki, orta ailə başına (4,72 nəfər) yaşayış minimumu 2014-cü ildə 590 manat olacaq. Alıcılıq qabiliyyəti pariteti üzrə bu göstərici 1000 ABŞ dollarından çox olacaq. Komitə sədri H. Rəcəbli xatırladıb ki, ölkədə 2007-ci ilə nisbətən yaşayış minimumu 2 dəfə artıb: "2007-ci ildə yaşayış minimumu 64 manat olub. Nəzərə alsaq ki, bu müddətdə bazarda qiymətlər belə artmayıb, o zaman yaşayış minimumunun belə artımı iqtisadiyyata uyğundur".
Müzakirələrin sonunda hər üç layihə komitə tərəfindən plenar iclasa tövsiyə olunub.
Qeyd edək ki, noyabrın 4-dən etibarən gələn ilin büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri İqtisadi siyasət Komitəsi başda olmaqla, digər komitələrlə birgə müzakirəyə çıxarılacaq.
Mənbə: www.apa.az

İqtisadiyyat bölümünün son xəbərləri |