Azərbaycanda şirkətlərin nizamnamə kapitalına tələb artılacaq
2017-02-20 | Hüquq | 3305Azərbaycanda MMC və səhmdar cəmiyyətlərə nizamnamə kapitalı tələbi artırılacaq. Bunu Fins.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
O bildirib ki, şirkətlər fəaliyyətə başlayanda əvvəlcə ofis xərcləri, əmək haqqı və digər xərcləri qarşılamaq üçün müəyyən vəsaitə sahib olmalıdırlar. Bu da nizamnamə kapitalıdır. Azərbaycanda şirkətlərə nizamnamə kapitalı ilə qoyulan tələb çox aşağıdır. Bu isə hazırda reallığı əks etdirmir:"Məsələn, hətta bəzi lombardlar nizamnamə kapitallarını 2 manat göstərirlər. Lombardların göstərdiyi maksimal nizamnamə kapitalı 200 manatdır. Yəni, lombardlar 200 manatla işləyir? Bu qeyri-ciddilikdir".
Ekspert bildirib ki, artıq MMC və səmhdar cəmiyyətlərin nizamnamə kapitalı ilə bağlı tələbin artırılması ilə bağlı Mülki Məcəlləyə dəyişikliklər edilməsi ilə bağlı qanun layihə hazırlanıb. Layihə hökumətlə birgə müzakirə edilir. Qanun layihəsi təsdiqlənərsə MMC-lər üçün minimal nizamnamə kapitalı tələbi 1000 manat, səhmdar cəmiyyətlər üçün 25 min manata qədər artırılacaq.
Mənbə: http://fins.az/biznes/916484/azerbaycanda-sirketlerin-nizamname-kapitalina-teleb-artilacaq.html

Hüquq bölümünün son xəbərləri |