ABŞ-da vergi sistemində süni intelektdən istifadə edilməyə başlanılıb.
2017-04-11 | Accountsoft | 3280Watson - IBM şirkəti tərəfindən hazırlanan universal kompüter sistemidir. Alınan məlumata görə, IBM şirkəti Watson superkompüterini ABŞ-ın vergi sisteminə öyrətmək üçün H&R Block vergi şirkəti ilə əməkdaşlığa başlayıb. Bu, öz növbəsində, vergi ödəyicilərinə vergi güzəştlərindən daha səmərəli istifadə etməyə kömək edəcək və vergi sistemində dəqiqliyi artıracaq.
IBM Watson superkompüteri böyük həcmdə olan məlumatların işlənilməsi üçün xüsusi alqoritmlərdən istifadə edir. Eyni zamanda, o lazımi məlumatların axtarışı üçün müvafiq meyarları yadda saxlaya bilir və vaxt keçdikcə yeni məlumatlar öyrənə bilir. Öncə bu sistem "Olli" pilotsuz avtobuslarda və xəstəxanalarda istifadə edilib.
İndi İBM şirkətinin mütəxəssisləri ABŞ-ın vergi sistemini öyrənmək üçün Watson superkompüterini cəlb ediblər. Belə ki, ABŞ-ın vergi məcəlləsinda 74 000 səhifədən artıq məlumat və uzun müddət ərzində vergi qanunvericiliyinə edilən minlərlə dəyişikliklər var. Bu qədər məlumat qarşısında adi insan beyini acizdir. IBM Watson superkompüteri üçün isə bu qədər məlumat ilə işləmək heç də çətin deyil.
Kompüterin süni intelekti ABŞ-ın vergi sistemini ona daxil edilən çoxlu suallar və cavablar ilə öyrənib. İndi sistem böyük həcmdə hesablamalar apara bilir. Və bütün neyroşəbəkələrdə olduğu kimi, IBM Warson superkompüterinə nə qədər çox məlumat daxil olsa, o bir o qədər yaxşı işləyəcək. H&R Block şirkətinin əməkdaşları IBM Watson superkompüterini öyrətməyə davam edir.

Accountsoft bölümünün son xəbərləri |