Azərbaycanda ixrac gömrük bəyannaməsi elektronlaşacaq
2017-05-24 | İqtisadiyyat | 3378"Azexport.az" internet portalı vasitəsilə xaricə mal satan sahiblarkar ixrac gömrük bəyannaməsini elektron qaydada göndərə biləcəklər. Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı icmalda məlumat verilib.
Bildirilib ki, bunun üçün portalda Rəqəmsal Ticarət Qovşağı bölməsi yaradılacaq. Bundan sonra Azərbaycanda istehsal olunan malları elektron ticarət qaydasında təqdim edən ixracatçılar ixrac əməliyyatlarını həyata keçirmək üçün tələb olunan icazələri vahid elektron ərizə əsasında elektron qaydada əldə edə biləcəklər. Eyni zamanda ixrac gömrük bəyannaməsinin də elektron qaydada göndərməsi mümkün olacaq.
Həmçinin ixrac prosesində iştirak edən fiziki və hüquqi şəxslər "Azərbaycan Rəqəmsal Ticarət Qovşağı" vasitəsi ilə vahid elektron ərizə əsasında digər sertifikatları da əldə edə biləcəklər.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin Kollegiyası "Gömrük bəyannamələri haqqında məlumatın verilməsi üzrə inzibati reqlament"də təsdiq edilib və bu il aprel ayının 22-dən qüvvəyə minib. Bu inzibati reqlamentə əsasən http:// www.e-gov.az, http://dgk.gov.az/az/exidnew.html ünvanlarında təqdim edilən elektron xidmət vasitəsilə müvəkkil banklar və digər aidiyyəti təşkilatlar bəyannaməsinin VÖIN-ini və gömrük bəyannaməsinin qeydiyyat nömrəsini daxil etməklə gömrük bəyannaməsini elektron formada əldə edə bilirlər. Elektron xidmət tam avtomatlaşdırılıb və ödənişsizdir.
Mənbə: http://fins.az/ikt/922616/azerbaycanda-ixrac-gomruk-beyannamesi-elektronlasacaq.html

İqtisadiyyat bölümünün son xəbərləri |