Nağdsız hesablaşmalar haqqında BİLDİRİŞ
2017-08-10 | Vergilər | 3078"Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.
01.01.2017-ci il tarixdən qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16.12.2016-cı il tarixli 461-VQD nömrəli Qanununa əsasən həmin Qanunun 3.4-cü maddəsi ilə nəzərədə tutulmuş və yalnız nağdsız qaydada həyata keçirilməli olan hesablaşmalar və
- ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 (iki yüz min) manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 (otuz min) manatdan
- digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 (on beş) min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Eyni zamanda vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan şəxslərdən kənd təsərrüfatı məhsulları, əlvan və qara metal qırıntıları, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatlar, utilizasiya məqsədləri üçün işlənmiş şinlər nağd qaydada satın alına bilər.
Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur:
- bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompyuter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;
- ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;
- birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.
Hər iki tərəf vergi ödəyicisi olan şəxslər arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompyuter və digər avadanlıq) ilə həyata keçirilə bilər.
Qanunun tələbləri pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Odur ki, qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyalarına məruz qalmamaq üçün qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatlara nəzarət etməyiniz tövsiyə olunur.
Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Azərbaycan Respublikası Vergilər Nazirliyi

Vergilər bölümünün son xəbərləri |