Artıq ödənilən vergilərin qaytarılması müddəti azaldılıb

2017-10-12 | Vergilər | 2536

Nazirlər Kabineti "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları"nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, Qaydaya əsasən indiyə qədər hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 45 gün ərzində ona qaytarılıb.

Dəyişikliyə əsasən bu müddət 20 günə endirilib. Digər tərəfdən, bu vaxta qədər Digər vergi ödəyicilərinin əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti beş aya keçirilib və bu ayların ödəmələrinə aid edilib, artıq ödəmənin hər hansı qalığı isə bu müddət bitdikdən sonra vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində qaytarılıb. Bundan sonra isə digər vergi ödəyicilərinin əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi növbəti 3 aya keçiriləcək və bu ayların ödəmələrinə aid edilməklə, vergi orqanı tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan qaydada artıq ödəmələrin dürüstlüyü araşdırılacaq. Həmin 3 ay müddət bitdikdən sonra dürüstləşmənin başa çatdırılmasından asılı olmayaraq, vergi tutulan əməliyyatlardan yaranan artıq ödəmənin hər hansı qalığı vergi ödəyicisinin ərizəsinə əsasən 20 gün ərzində büdcədən qaytarılacaq.

Qeyd edək ki, "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları"na edilən dəyişikliklər "AR Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi və "AR Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" qanunun və bu qanunla təsdiq edilmiş AR Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2000-ci il 30 avqust tarixli fərmanında dəyişikliklər edilməsi haqqında" 2016-cı il 23 dekabr tarixli fərmanının icrası ilə bağlıdır.

"Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları" ilə bu linkdən tanış ola bilərsiniz.

Mənbə: https://apa.az/maliyye_xeberleri/artiq-odenilen-vergilerin-qaytarilmasi-muddeti-azaldilib-4947.html

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!