Vergiödəyiciləri ilə iş üzrə metodiki vəsait hazırlanıb
2017-10-25 | Vergilər | 2512Vergilər Nazirliyi tərəfindən yeni qeydiyyatdan keçən vergiödəyiciləri ilə iş üzrə metodiki vəsait hazırlanaraq, nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, vəsaitin hazırlanmasında məqsəd yeni qeydiyyatdan keçən vergiödəyicilərinin sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi, onların vergi məsələləri ilə əlaqədar zəruri informasiya ilə təmin edilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsində metodiki kömək göstərilməsində dövlət vergi orqanlarının fəaliyyətini tənzimləməkdir.
Vəsait Vergi Məcəlləsinin, "Vətəndaşların müraciətləri haqqında" Qanunun, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin, "Vergilər Nazirliyi haqqında Əsasnamə"nin və digər aidiyyəti hüquqi aktların və normativ sənədlərin tələblərinə uyğun hazırlanıb.
Məlumata əsasən, qeydiyyatdan keçmək istəyən vergiödəyicisi xidmət mərkəzinə təmsilçi tərəfindən qəbul edildikdən sonra onun hansı fəaliyyət növü ilə məşğul olmaq istəyi müəyyənləşdirilir.
Müraciət etmiş şəxsin seçdiyi fəaliyyət növü onun hüquqi statusuna uyğun olmadıqda, bu barədə ona izahat verilir və istəyinə uyğun fəaliyyət növü seçməkdə kömək göstərilir. Fəaliyyət növü müəyyənləşdirildikdən sonra həmin şəxsə seçdiyi fəaliyyət növünə uyğun seçə biləcəyi vergitutma sistemləri haqqında məlumat verilir. Müraciət etmiş şəxsin vergitutma sistemini könüllü seçmək hüququ olduğu hallarda, vergitutma sistemləri barədə məlumat müqayisəli şəkildə çatdırılır.
Məlumatlar, həmçinin fəaliyyət növünə uyğun olaraq təsərrüfat subyektinin (obyektinin) və Nəzarət Kassa Aparatının qeydiyyatını, ciddi hesabat blanklarının və POS-terminalların tətbiqini, bank hesabının açılmasını da əhatə edir.
Vəsaitə buradan baxa bilərsiniz - Yeni qeydiyyatdan keçən (vergi uçotuna alınan) vergi ödəyiciləri ilə iş üzrə Metodiki Vəsait
Mənbə: https://azertag.az/xeber/Vergiodeyicileri_ile_is_uzre_metodiki_vesait_hazirlanib-1103936

Vergilər bölümünün son xəbərləri |