Azərbaycanda səyyar vergi yoxlamalarının məhdudlaşdırılması tövsiyyə olunur

2017-11-02 | Vergilər | 3557

Azərbaycanda xronometraj metodu ilə müşahidə aparılan kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının məhdudlaşdırılması istiqamətində də tədbirlərin əlavə olunması tövsiyyə edilir.

"Report" bu barədə Hesablama Palatasının aparılmış təhlillər əsasında tövsiyyələrinə əsasən xəbər verir.

Deyirlir ki, növbəti ilin büdcə-vergi siyasətinə vergi güzəştlərinin və azadolmaların səmərəliliyinin diaqnostikasının aparılması, vergitutmada qeyri-xammal ixracının təşviqini təmin edən islahatlar layihəsinin hazırlanması, dövlət mülkiyyətinə aid edilən təsərrüfat hesablı qurumların fəaliyyətində dövlət büdcəsi vəsaitlərinin iştirakının optimallaşdırılması, differensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların siyasının hazırlanması və tətbiqi müddətinin müəyyənləşdirilməsi, eləcə də xronometraj metodu ilə müşahidə aparılan kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının məhdudlaşdırılması istiqamətində də tədbirlərin əlavə olunması məqsədəuyğundur.

Digər tövsiyyə isə dövlət büdcəsinin proqnozlaşdırılması zamanı vergi güzəştlərinin və azadolmalarının səmərəliliyinin diaqnostikasının aparılması və nəticələrindən asılı olaraq vergi qanunvericiliyinə yenidən baxılması üçün əsaslandırılmış təkliflərin hazırlanması istiqamətində müvafiq işlərin həyata keçirilməsi ilə bağlıdır.

Bundan başqa, Palata ƏDV qeydiyyatında olan, eyni zamanda qanunvericiliklə fəaliyyəti ƏDV-dən azad olunan fəaliyyət növlərinə aid edilməyən hüquqi şəxslərər kommersiya fəaliyyətindən yaranan zərərin bağlanması məzmununda dövlət büdcəsindən köçürülən vəsaitlər üzrə əsas məbləğin bir qayda olaraq hesablaşma hesabına, ƏDV məbləğinin isə ƏDV-nin depozit hesabına köçürülməsini tövsiyyə edir.

Mənbə: https://report.az/maliyye/azerbaycanda-seyyar-vergi-yoxlamalarinin-mehdudlasdirilmasi-tovsiyye-olunur/

Vergilər bölümünün son xəbərləri

2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib
2025-09-29 | Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir
2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!