Vergilər Nazirliyində sahibkarlarla görüş keçirilib

2017-11-27 | Vergilər | 2335

Vergilər Nazirliyinin (NV) Tədris Mərkəzində Şamaxı rayonu ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib.

"Report" nazirliyə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan nazirin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamentinin baş direktoru Ələkbər Məmmədov ötən ilin sonunda dövlət başçısının müvafiq fərmanına uyğun olaraq hazırlanmış 12 strateji yol xəritəsi barədə danışaraq, onun sahibkarlığın inkişafına mühüm töhfə verdiyini bildirib.

O qeyd edib ki, bu xəritələrdə nəzərdə tutulan strateji hədəflərə çatmaq və yeni iqtisadi inkişaf modelinə keçidlə bağlı dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş konkret vəzifələrin icrasını təmin etmək, ölkədə sahibkarlığın və investisiyaların təşviqi, ixracın stimullaşdırılması, biznesin dəstəklənməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsi məqsədilə vergi sistemində, vergi qanunvericiliyi və inzibatçılığı sahələrində islahatlar daha da sürətləndirilib. VN tərəfindən strateji yol xəritələrindən irəli gələrək kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması məqsədilə qəbul edilən qərarların səmərəliliyinin və şəffaflığının təmin edilməsi üçün silsilə tədbirlər keçirilir, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi ilə bağlı iş adamlarının qarşılaşdıqları problemlər və təkliflər öyrənilir, onların həlli istiqamətində məqsədyönlü işlər görülür.

Ə.Məmmədovun sözlərinə görə, VN sahibkarların maarifləndirilməsi və məlumatlandırılmasını, eləcə də təbliğat işinin çeşidinin və keyfiyyətinin artırılmasını daim diqqətdə saxlayır. Kiçik sahibkarlar üçün ünvanlı xidmətlərin sahə müvəkilliyi prinsipi əsasında aparılması, bu işə ictimaiyyətin aktiv üzvlərinin, o cümlədən, vergi veteranları, vergi dostları, ziyalılar, gənclər, sahibkarların ictimai təşkilatları və vergi agentlərinin cəlb olunması, normativ sənədlərin, uçotun sadələşdirilməsi, nəzarət tədbirlərinin minimuma endirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

VN-nin 4 saylı Ərazi Vergilər İdarəsinin rəisi Vüsal Bayramov, Vergi siyasəti və strateji araşdırmalar departamentinin Vergi siyasəti idarəsinin direktoru Əvəz Quliyev və nazirliyin digər əməkdaşları vergi inzibatçılığı və vergi qanunvericiliyinin aktual məsələləri mövzusunda təqdimatlarla çıxış ediblər. Sonra mövzular ətrafında müzakirələr olub, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Mənbə: https://report.az/maliyye/vergiler-nazirliyinde-sahibkarlarla-gorus-kecirilib/

Vergilər bölümünün son xəbərləri

2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq
2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!