Vergilər Nazirliyi KPMG Azərbaycan ilə birlikdə "Ümumi Hesabatlılıq Standartları" mövzusunda seminar keçirib

2017-12-08 | Vergilər | 2803

Vergilər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və "KPMG Azərbaycan" şirkətinin iştirakı ilə banklar və maliyyə sektoru təşkilatları üçün "Ümumi Hesabatlılıq Standartları (CRS)" mövzusunda seminar keçirilib.

Seminarda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri"nin 18-ci hissəsinə əsasən, Azərbaycan Respublikası "Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma"ya qoşulub. Həmin Razılaşmaya əsasən onu imzalayan dövlətlər vergitutma məqsədləri üçün xarici dövlətlərin rezidentləri olan fiziki və hüquqi şəxslərin maliyyə institutlarındakı hesabat verilməli hesabları barədə məlumatları toplamalı və həmin şəxslərin rezidenti olduqları dövlətlərlə avtomatik mübadiləni aparmalıdırlar. Bu məqsədlə həmin dövlətlərdə mübadilənin vahid prinsiplərini tənzimləyən Ümumi Hesabatlılıq Standartı (Common Reporting Standard - CRS) tətbiq edilməlidir.

Azərbaycan Respublikası maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşmaya qoşulmaq barədə Bəyanatı 2017-ci ilin iyunun 1-də imzalayıb. Həmin bəyanata əsasən Azərbaycan Respublikası tərəfindən ilk mübadilənin 2018-ci ilin sentyabr ayında həyata keçirilməsi nəzərdə tutulur.

Seminarda Ümumi Hesabatlılıq Standartları və onun əsas elementləri, CRS və FATCA arasındakı əsas fərqlər, CRS-nin Azərbaycandakı təbliği ilə bağlı Vergilər Nazirliyinin gördüyü işlər və bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub.

Media və Kommunikasiya Mərkəzi

Öncə bu barədə aşağıdakı məqaləmizdə deyilmişdir:

Azərbaycanda Ümumi Hesabatlılıq Standartının tətbiqinə başlanılır

Mənbə: http://www.taxes.gov.az/modul.php?name=metbuat&bolme=pressreliz&pid=1578&lang=

Vergilər bölümünün son xəbərləri

2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib
2025-09-29 | Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir
2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
2024-12-11 | Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib
2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!