Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən edilib
2013-12-19 | İqtisadiyyat | 2709Prezident İlham Əliyev "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Qanuna əsasən, 2014-cü il üçün yaşayış minimumu ölkə üzrə 125 manat, əmək qabiliyyətli əhali üçün 136 manat, pensiyaçılar üçün 103 manat, uşaqlar üçün 103 manat məbləğində müəyyən edilir.
Dövlət başçısı, həmçinin "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilir.
Hər iki qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, 2013-cü il üçün yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat, 2013-cü il üçün ehtiyac meyarının həddi isə 93 manat idi.
Mənbə: www.trend.az

İqtisadiyyat bölümünün son xəbərləri |